...

Qüds Zirvə Toplantısında İƏT Gənclər Forumunun fəaliyyəti dəstəklənib

Siyasət Materials 14 Dekabr 2017 09:59 (UTC +04:00)
Qüds Zirvə Toplantısında İƏT Gənclər Forumunun fəaliyyəti dəstəklənib.
Qüds Zirvə Toplantısında İƏT Gənclər Forumunun fəaliyyəti dəstəklənib

Bakı. Trend:

Qüds şəhərinin İsrailin paytaxtı olaraq tanınması ilə bağlı ABŞ-n mövqeyindən sonra yaranmış gərgin beynəlxalq durumla bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırki sədri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyıb Ərdoğanın təşəbbüsü ilə dekabrın 13-də İstanbul şəhərində baş tutmuş İƏT ölkələri dövlət başçılarının fövqəladə Zirvə Toplantısında İƏT Gənclər Forumunun fəaliyyətinə də diqqət çəkilib.

Forumdan Trend-ə verilən məlumata görə, Zirvədə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fələstin Dövlət Başçısı Mahmud Abbas öz çıxışlarında İƏT Gənclər Forumunun fəaliyyətinə də toxunublar.

Zirvə toplantısında çıxış edərək Qüds ilə bağlı ABŞ-in məlum qərarını BMT-nin qətnamələrinə zidd adlandıran və bu qərara yenidən baxılmasına çağıran Azərbaycan Prezidenti İlham Əliyev, eyni zamanda öz çıxışında Azərbaycanın İƏT daxilindəki təşəbbüs və fəaliyyətləri, İslam Həmrəyliyi istiqamətində atdığı addımları qeyd edərək, Azərbaycanın təşəbbüsü ilə yaradılmış İƏT Gənclər Forumunun fəaliyyətlərinə verilən dəstəyi ölkə tərəfindən İslam Həmrəyliyinə verilən konkret töhfə kimi qiymətləndirib.

Zirvədə çıxışı zamanı Fələstin Dövlətinin Başçısı Mahmud Abbas İƏT Gənclər Forumu tərəfindən Qüdsün 2018-ci il İslam Dünyası Gənclər Paytaxtı seçilməsi qərarını yüksək qiymətləndirib və İƏT ölkələri başçılarına müraciət edərək, öz ölkəsində yaşayan gəncləri Gənclər Paytaxtı proqramı çərçivəsində Qüdsdə keçiriləcək tədbirlərdə iştirak etmələri və beləliklə, Qüdsün tarixi ilə yaxından tanış olmağa və şəhərin İslami xarakterini qorumağa əməli töhfə vermələrinə şərait yaratmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti