...

Nursultan Nazarbayev: Prezident ilham Əliyevin həyat təcrübəsi və peşəkarlığı bundan sonra da Azərbaycanın sabit inkişafına xidmət edəcək

Siyasət Materials 24 Dekabr 2017 09:55 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Nursultan Nazarbayev: Prezident ilham Əliyevin həyat təcrübəsi və peşəkarlığı bundan sonra da Azərbaycanın sabit inkişafına xidmət edəcək

Bakı. Trend:

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Ad gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Əminəm ki, Sizin həyat təcrübəniz və peşəkarlığınız bundan sonra da Azərbaycanın sabit inkişafına və rifahına xidmət edəcək.

Ümidvaram ki, Qazaxıstan ilə Azərbaycan arasında mövcud olan ənənəvi dostluq münasibətləri strateji tərəfdaşlıq əsasında gələcəkdə də durmadan inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti