...

TürkPA baş katibi: Azərbaycan qlobal dialoq mərkəzinə çevrilib (FOTO)

Siyasət Materials 29 Dekabr 2017 15:01 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Altınbek Mamayusupovu qəbul edib.
TürkPA baş katibi: Azərbaycan qlobal dialoq mərkəzinə çevrilib (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Altınbek Mamayusupovu qəbul edib.

Xarici İşlər Nazirliyindən (XİN) Trend-ə verilən məlumata görə, görüşdə tərəflər Assambleyanın hazırki və gələcək fəaliyyətinə toxunaraq, üzv ölkələr arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

Bu xüsusda, TürkPAnın üzv dövlətlər arasında mövcud ortaq tarix, mədəniyyət və etnik bağlılıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün mühüm platforma rolu oynadığı vurğulanıb.

Habelə, TürkPA-nın digər parlamentlərarası əməkdaşlığa məsul təşkilatlarla əməkdaşlığına dair müzakirə aparılıb.

Görüşdə A.Mamayusupov Azərbaycanın son illər ərzində artan nüfuzu, bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi faktını diqqətə çatdıraraq, Azərbaycanın qlobal dialoq mərkəzinə çevrildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti