...

TürkPA İƏT Pİ-nin 13-cü sessiyasında təmsil olunub

Siyasət Materials 17 Yanvar 2018 10:57 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament İttifaqı Konfransının 13-cü sessiyası işə başlayıb.
TürkPA İƏT Pİ-nin 13-cü sessiyasında təmsil olunub

Bakı. Trend:

İran İslam Respublikası parlamentinin ev sahibliyi ilə paytaxt Tehranda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament İttifaqı Konfransının 13-cü sessiyası işə başlayıb.

Trend-in məlumatına görə, TürkPA-nın baş katibi Altınbek Mamayusupovun başçılıq etdiyi TürkPA nümayəndə heyəti konfransda müşahidəçi qismində iştirak edib.

Həmçinin konfransda TürkPA üzv dövlətləri - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan nümayəndə heyətləri iştirak edib. Türkiyə nümayəndə heyətinə Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri İsmayıl Qəhrəman rəhbərlik edib.

Sessiya çərçivəsində A.Mamayusupov İ.Qəhrəman, eləcə də TürkPA üzv ölkələrinin nümayəndə heyətlərinin üzvləri və digər vəzifəlilərlə görüşüb.

Qeyd edək ki, 2011-ci ildən TürkPA müşahidəçi qismində İƏT Pİ-nin konfransları və müvafiq tədbirlərdə iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti