...

AŞ PA-nın yeni prezidentinin ilk çıxışı: Avropalılar artan münaqişələrdən narahatdır

Siyasət Materials 22 Yanvar 2018 16:20 (UTC +04:00)
Avropalılar artan münaqişələrdən narahatdırlar.
AŞ PA-nın yeni prezidentinin ilk çıxışı: Avropalılar artan münaqişələrdən narahatdır

Bakı. Nigar Quliyeva - Trend:

Avropalılar artan münaqişələrdən narahatdırlar.

Trend-in məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yeni sədri Mikele Nikoletti ilk çıxışında deyib.

M.Nikoletti bildirib: "Vətəndaşlarımızın çox hissəsi siyasətdən narazıdırlar. Onlar getdikcə artan ekoloji problemlər və münaqişələrdən ciddi narahatlıq keçirirlər və siyasəti gücsüz hesab edirlər".

O qeyd edib ki, dövrün çağırışlarını həll etmək üçün qurumun bütün 47 üzv dövlət və nümayəndə heyətlərinin fəal iştirakı vacibdir.

Qeyd edək ki, M.Nikoletti bu gün AŞ PA-nın yeni sədri seçilib. AŞ PA sədri Pedro Aqramunt oktyabrın 6-da istefa verdikdən sonra Stella Kiriakides bu vəzifəyə oktyabr ayının 10-da müvəqqəti seçilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti