...

Yeni orfoqrafiya qaydaları ilə bağlı müzakirələrin müddəti uzadıldı

Siyasət Materials 29 Yanvar 2018 15:25 (UTC +04:00)
Orfoqrafiya qaydaları ilə bağlı müzakirələrin aparılması bu gün bitib, amma biz görürük ki, müzakirələri uzatmağa ehtiyac var.
Yeni orfoqrafiya qaydaları ilə bağlı müzakirələrin müddəti uzadıldı

Bakı. İlhamə İsabalayeva – Trend:

Orfoqrafiya qaydaları ilə bağlı müzakirələrin aparılması bu gün bitib, amma müzakirələri uzatmağa ehtiyacın olduğunu görürük.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında deyib.

Millət vəkili qeyd edib ki, müzakirələrlə yanaşı, Orfoqrafiya Komissiyası yeni dəyişikliklərlə bağlı ümumiləşdirməni də aparır: “Təklif edilir ki, torpaq toprak, yarpaq yaprak kimi yazılsın. Amma bu, Türkiyə türkcəsinin qaydalarına uyğundur. Bunlar Azərbaycan dilinin prinsipinə uyğun deyil”.

İ.Həbibbəyli əlavə edib ki, dəyişikliklər qəbul olunsa, 60-dan az sözün yazılışı dəyişir: “Deyirlər ki, 60 min söz dəyişir. Biz dilimizi dəyişirik?! Deyirlər ki, dilimizi xarab edirsiniz, biz dilimizdəki xarab sözləri çıxarmaq istəyirik. Bu məsələ ilə bağlı heç bir narazılığa ehtiyac yoxdur. Cəmiyyətdə gedən narazılığın elmi əsası yoxdur. Onlar qaydaları oxumayıblar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti