...

Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlıq müzakirə edilib

Siyasət Materials 30 Yanvar 2018 17:10 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”-nun sədri, portuqaliyalı deputat Duarte Paçeko ilə görüşüb.
Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlıq müzakirə edilib

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”-nun sədri, portuqaliyalı deputat Duarte Paçeko ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb və müasir dövrdə parlament diplomatiyasının rolu xüsusi vurğulanıb.

E.Məmmədyarov Azərbaycanın MDB, Avropa Şurası və digər beynəlxalq təşkilatların parlament assambleyaları ilə uğurlu əməkdaşlığını qeyd edib.

D.Paçeko təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. O, Azərbaycanla Parlamentlərarası İttifaq arasında əlaqələrin möhkəmlənməsində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti