...

Necdet Ünüvar: 1992-ci ildə Türkiyə indiki gücə sahib olsaydı, Xocalı faciəsi olmazdı (FOTO)

Siyasət Materials 26 Fevral 2018 13:45 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

1992-ci ildə Türkiyə indiki gücə sahib olsaydı, Xocalı faciəsi baş verməzdi.

Bu barədə Trend-ə açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar bildirib.

N.Ünüvar qeyd edib ki, 1992-ci ildə ermənilər yüzlərlə günahsız azərbaycanlını qətlə yetirdilər:

“Qərb Xocalı faciəsinin törədilməsində əli olan caniləri təəssüflər olsun ki görmək istəmir”.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti