...

TürkPA Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

Siyasət Materials 26 Fevral 2018 15:58 (UTC +04:00)
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) beynəlxalq müşahidəçilər missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün ölkəyə səfər edəcək.
TürkPA Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

Bakı. Trend:

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) beynəlxalq müşahidəçilər missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün ölkəyə səfər edəcək.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TürkPA-dan bildiriblər.

Təşkilatdan qeyd ediblər ki, Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün dörd üzv ölkədən müşahidəçilər gələcək.

Qeyd edək ki, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti