...

Aİ nümayəndəsi: Azərbaycan gender bərabərliyinə bütün səviyyələrdə sadiqlik nümayiş etdirir

Siyasət Materials 27 Fevral 2018 13:26 (UTC +04:00)
"Azərbaycan bütün sahələrdə və yüksək səviyyədə gender bərabərliyinə sadiqlik nümayiş etdirən ölkələrdən biridir".
Aİ nümayəndəsi: Azərbaycan gender bərabərliyinə bütün səviyyələrdə sadiqlik nümayiş etdirir

Bakı. Əli Mustafayev – Trend:

Azərbaycan bütün sahələrdə və yüksək səviyyədə gender bərabərliyinə sadiqlik nümayiş etdirən ölkələrdən biridir.

Trend-in məlumatına görə, bunu Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin Azərbaycanda KİV-də gender bərabərliyi məsələləri ilə bağlı iclasında çıxışı zamanı qurumun Bakı ofisinin rəhbəri Zoltan Hirneyz deyib.

O vurğulayıb ki, Azərbaycanda təkcə Şərqdə yox, həm də Avropada və dünyada qadınlara səs hüququ verən ilk dövlətlərdən olub:

“Azərbaycan bu gün də gender bərabərliyinə sadiqliyini göstərir və bu istiqamətdə müxtəlif təşkilat və qurumların səylərini dəstəkləyir”.

Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüqar Səlimov qeyd edib ki, Administrasiya Avropa Şurasının gender bərabərliyi üzrə layihələrini fəal şəkildə dəstəkləyir:

“Hüquq bərabərliyi bizim üçün inkişafın əsas istiqamətlərindəndir”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib ki, Azərbaycan gender bərabərliyinin təmin olunması baxımından balansın təmin olunmasına çalışır:

“Gender bərabərliyi işgüzar strukturlaırn bütün səviyyələrində təmin olunmalıdır və Azərbaycan qadınlara həm KİV, həm də digər sahələrdə bütün hüquq və azadlıqları verməklə bu məsələyə lazımi diqqət ayırır”.

Aİ-nin media və əməkdaşlıq məsələləri üzrə nümayəndəsi Leyla Dervisaçiç vurğulayıb ki, Azərbaycan gender bərabərliyinin və KİV-də azadlığın təmin olunması yolunda bütün zəruri addımları atır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti