...

"Azərbaycan gəncliyi Vətənin təhlükəsizliyini qorumağa hazırdır" adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib (FOTO)

Siyasət Materials 6 Mart 2018 12:20 (UTC +04:00)
"Azərbaycan gəncliyi Vətənin təhlükəsizliyini qorumağa hazırdır" adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib.
"Azərbaycan gəncliyi Vətənin təhlükəsizliyini qorumağa hazırdır" adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın ilk xüsusi xidmət orqanlarının yaranmasının 99-cu ildönümü ərəfəsində bu nəcib ənənəyə sadiq qalan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə martın 6-da Yasamal rayon 20 nömrəli məktəb-liseydə "Azərbaycan gəncliyi Vətənin təhlükəsizliyini qorumağa hazırdır" adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şücaət və rəşadət göstərmiş Milli Qəhrəmanlar, Azərbaycan Xüsusi Xidmət Veteranları İctimai Birliyinin üzvləri - uzun müddət təhlükəsizlik orqanlarında xidmət etmiş veteranlar, Dövlət Təhlükəsizliyi Xidmətinin məsul əməkdaşları, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı, eləcə də rayonun hüquq-mühafizə orqanlarının və digər strukturlarının rəhbərliyi, incəsənət xadimləri, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları, rayon ərazisində fəaliyyət göstərən müstəlif təhsil müəssisələrinin tələbələri, məktəbin müəllim-şagird kollektivi, kütləvi informasiya vasitələrinin nümayəndələri, valideynlər və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Yığıncağı giriş sözü ilə açan məktəbin direktoru, əməkdar müəllim Səadət Veysova Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyini və şəxsi heyətini qarşıdan gələn peşə və Novruz bayramları münasibətilə təbrik edərək 99 il əvvəl təşəkkül tapmış Azərbaycan təhlükəsizlik orqanlarının dövlətçilik maraqlarının və təhlükəsizliyin etibarlı qorunmasında önəmli rolundan danışıb və bu yolda onlara uğurlar arzulayıb. Bu cür tədbirlərin keçirilməsinin gənclərimizin tərbiyəsində, onların vətənpərvərlik ruhunda yetişməsində müstəsna rol oynadığını qeyd edən məktəbin direktoru bunun üçün Azərbaycanın Milli Qəhrəmanı general-leytenant Mədət Quliyevə minnətdarlığını bildirib.

Sonra "Azərbaycanın müasir qəhrəmanlıq məktəbi" adlı videofilm nümayiş olunub.

Tədbirdə çıxış edən Azərbaycanın Milli Qəhrəmanları, təhlükəsizlik orqanlarının veteranları xüsusi vurğulayıblar ki, Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycan gənclərinin öz intellektual potensialını inkişaf etdirmək, sağlam və vətənpərvər ruhda böyüməsi üçün misilsiz işlər görülür. Dövlət başçımızın və Birinci vitse-prezident Mehriban Əliyevanın əsl vətənpərvər, dövlətçiliyə, milli-mənəvi dəyərlərimizə sadiq müasir Azərbaycan gəncliyinin yetişdirilməsi istiqamətində həyata keçirdikləri fəaliyyət qədirbilən xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Ümummilli lider Heydər Əliyevin vətənini canından artıq necə sevməsini, hələ təhlükəsizlik orqanlarında işləyərkən gələcək müstəqil Azərbaycan üçün göstərdiyi misilsiz xidmətlər barədə məktəblilərə maraqlı məlumatlar verən veteranlar zəngin əmək fəaliyyətinin 25 ilini təhlükəsizlik orqanlarında xidmətdə keçirən dünya şöhrətli siyasətçi Heydər Əliyevin mənalı ömür yolunun hər bir gəncə örnək olduğunu vurğulayıblar.

Məktəbin şagirdlərinin vətənpərvərliyi tərənnüm edən şeirler oxuması və təqdim etdikləri bədii kompozisiya tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Ümummilli lider Heydər Əliyev vətənpərvərlik hissinin yaradılması və inkişaf etdirilməsi, gənclərin vətənpərvər ruhda tərbiyəsini təkcə dövlət orqanlarının deyil, həm də ümumxalq işi kimi dəyərləndirirdi. Dahi şəxsiyyət dəfələrlə vurğulayırdı ki, xalqımızda, yetişən gənc nəsil arasında Vətəni sevmək, vətənpərvərlik, torpağa, millətə sədaqət hisslərini tərbiyə etmək, eləcə də sağlam və yüksək mənəvi-əxlaqi keyfiyyətləri özündə cəm edən gəncliyi formalaşdırmaq və inkişaf etdirmək ümumi vəzifəmizdir.

Dahi rəhbər Heydər Əliyev deyirdi: "Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkisafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədiliyinə həsr etməkdən ibarət olmalıdır".

Müasir dövrdə gənclər siyasəti sayəsində qazanılan nailiyyətlər hər bir dövrün ümumi inkişaf səviyyəsini, iqtisadi, siyasi potensialını müəyyənləşdirən əsas meyarlardan sayılır. Möhtərəm Prezident cənab İlham Əliyev hər zaman gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edib, bu təbəqəyə böyük diqqət və qayğı ilə yanaşıb. Nəticədə xalqın gələcəyini müəyyən edən və cəmiyyətdə əhəmiyyətli çoxluğa malik gənclərin ehtiyaclarının ödənilməsi məsələsi dövlət siyasəti səviyyəsinə yüksəlib. Möhtərəm Prezident cənab İlham Əliyevin bu il sentyabrın 15-də imzaladığı "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsini nəzərdə tutan bu mühüm sənədin əsas məqsədi ölkədə gender siyasətini daha da inkişaf etdirmək, onların bütün sahələrdə iştirakına geniş imkanlar yaratmaqdır.

Mohtərəm Prezident cənab İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb: "Bizə sağlam millət lazımdır, sağlam, yeni gənc nəsil lazımdır. Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi, savadı ilə Azərbaycanın gələcək inkişafına töhfə verəcək gənc nəsil lazımdır, vətənpərvər gənc nəsil lazımdır".

Bugünkü "Azərbaycan gəncliyi Vətənin təhlükəsizliyini qorumağa hazırdır" hərbi-vətənpərvərlik tədbirinin başlıca məqsədlərindən biri də məhz gənclərimizin müstəqil Azərbaycanın təhlükəsizliyinin, xalqın maraqlarının qorunmasında və cəmiyyətə yad təsirlərin qarşısının alınmasında iştiraklarını, bu işlərə öz töhfələrini vermək əzmini daha da reallaşdırmaqdır.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə gənc nəslin, gənclərin vətənpərvərlik tariximizə, milli adət-ənənələrimizə, maddi-mənəvi dəyərlərimizə hörmət, dövlətə sədaqət ruhunda yetişdirilməsi və tərbiyə edilməsi sahəsində aparılan uğurlu və məqsədyönlü siyasətin həyata keçirilməsində digər aidiyyəti orqanlar və təşkilatlarla yanaşı, Dövlət Təhlükəsizliyi Xidməti də fəallığı ilə seçilir. DTX-nin rəhbər əməkdaşlarının, təhlükəsizlik orqanlarının və müharibə veteranlarının iştirakı, digər dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının yaxından dəstəyi ilə müxtəlif mövzularda, о cümlədən vətənpərvərlik, dövlətçilik, müstəqil Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi, yetişməkdə olan nəslin yad təsirlərdən qorunması və s. aktual mövzularda gənclərimizlə görüşlər, konfranslar, forumlar və məlumat turları mütəmadi olaraq təşkil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti