...

İqor Dodon: İlham Əliyevin dövlət başçısı vəzifəsinə təkrar seçilməsi Azərbaycan xalqının etibarının və geniş dəstəyinin nümayişidir

Siyasət Materials 12 Aprel 2018 11:32 (UTC +04:00)

Bakı. Trend:

Moldova Prezidenti İqor Dodon İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.

Trend bu barədə Moldova dövlət başçısının saytına istinadən məlumat verir.

Təbrik məktubunda deyilir: “Prezident seçkilərində inamlı qələbəniz münasibətilə böyük sevinclə Moldova xalqı adından və şəxsən öz adımdan ən səmimi və ürəkdən təbriklərimi çatdırıram və qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında böyük uğurlar və qətiyyətlilik arzu edirəm.

Sizi dövlət başçısı vəzifəsinə təkrar seçməklə Azərbaycan xalqı Sizə etibarını və Sizin seçdiyiniz ölkənin inkişaf, sabitlik və cəmiyyətdə razılıq, çiçəklənmə və xalqın rifahı yoluna geniş dəstək göstərdi.

Əminəm ki, Moldova Respublikası və Azərbaycan Respublikası arasındakı konstruktiv dialoq və sıx əməkdaşlıq gələcəkdə də ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə xidmət edəcək. Sizə möhkəm cansağlığı və yeni nailiyyətlər arzu edirəm və Sizə dərin hörmətimi qəbul etməyinizi xahiş edirəm”.

Xəbər lenti

Xəbər lenti