...

Məzahir Pənahov: ATƏT DTİHB-nın Azərbaycana baxışı düzgün deyil

Siyasət Materials 15 Aprel 2018 12:25 (UTC +04:00)
Bu təşkilatın Azərbaycana baxışı düzgün deyil və aydın olur ki, bu missiya seçki missiyasından daha çox hansısa başqa məqsədlərə xidmət edən, seçkilərlə əlaqəsi olmayan nəticə ortaya qoyur.
Məzahir Pənahov: ATƏT DTİHB-nın Azərbaycana baxışı düzgün deyil

Bakı. Elçin Mehdiyev – Trend:

Bu təşkilatın Azərbaycana baxışı düzgün deyil və aydın olur ki, bu missiya seçki missiyasından daha çox hansısa başqa məqsədlərə xidmət edən, seçkilərlə əlaqəsi olmayan nəticə ortaya qoyur.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkilərlə bağlı hesabatına münasibət bildirərkən deyib.

M.Pənahov bildirib ki, Azərbaycanda seçkilər dünyaya nümunə ola biləcək bir səviyyədədir:

"Bəzi təşkilatlar öz fikirlərini bizə zorla qəbul etdirmək istəyirər. Azərbaycanda dünyaya nümunə ola biləcək seçkilər keçirilib. Bu, bəzi Avropa ölkələrinin xoşuna gəlməyə bilər, amma sivil dünya Azərbaycanı qəbul edir. Seçkilərdə çoxlu tərəflər olur və əlbəttə, bunların içərisində xoşagəlməz addım atmaq istəyən insanlar da ola bilər. Ancaq biz Azərbaycan xalqına hörmət tələb edirik. Biz normal seçkilər keçirmişik. Əgər belə seçkilər onların xoşuna gələn ölkədə keçirilsəydi, gecə-gündüz bu seçkidən danışıb tərifləyərdilər”.

Qeyd edək ki, ATƏT DTİHB-nin müşahidə missiyası aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı qərəzli hesabat təqdim edib. Bununla bağlı keçirilən mətbuat konfransında Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələrinin səsləndirdiyi fikirlər Azərbaycan ictimaiyyətinin və media mənsublarının etirazına səbəb olub.

Seçkilərdə müşahidələri ilə bağlı həqiqəti əks etdirməyən fikirlər səsləndirən missiya sonda bildirib ki, yekun hesabat iki ay ərzində açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti