...

Baş nazir: İspaniya Azərbaycanla səmimi münasibətlərin daha da dərinləşdirilməsi üçün səylərini davam etdirəcək

Siyasət Materials 24 Aprel 2018 14:06 (UTC +04:00)
İspaniyanın Baş naziri Mariano Rahoy Brey Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Baş nazir: İspaniya Azərbaycanla səmimi münasibətlərin daha da dərinləşdirilməsi üçün səylərini davam etdirəcək

Bakı. Trend:

İspaniyanın Baş naziri Mariano Raxoy Brey Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İspaniya hökuməti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizə prezidentliyinizin yeni dönəmində daha böyük uğurlar arzu edirəm. Zati-aliləri, Sizi əmin edirəm ki, İspaniya ölkələrimiz arasındakı yaxşı və səmimi münasibətlərin daha da dərinləşdirilməsi, eləcə də Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.

Cənab Prezident, ən xoş arzularımı və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti