...

Elman Məmmədov: Ermənistanı hələ çox fəlakətlər gözləyir

Siyasət Materials 27 Aprel 2018 10:58 (UTC +04:00)
Azərbaycan və Ermənistanda həm siyasi, həm də iqtisadi vəziyyət müqayisə olunmayacaq dərəcədə fərqlidir.
Elman Məmmədov: Ermənistanı hələ çox fəlakətlər gözləyir

Bakı. Samir Əli - Trend:

Azərbaycan və Ermənistanda həm siyasi, həm də iqtisadi vəziyyət müqayisə olunmayacaq dərəcədə fərqlidir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan müharibə vəziyyətində, torpaqlarının 20 faizinin işğal altında olmasına baxmayaraq, ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində ölkənin beynəlxalq nüfuzu yüksəlib: "Ölkə başçısının yürütdüyü siyasət Azərbaycanın dövlətçiliyini möhkəmlətdi, daxili stabilliyə nail oldu və bu stabilliyə söykənərək iqtisadiyyatını və ordusunu da gücləndirdi. Bu gün bu dinamik inkişaf yenə də davam edir. Məhz bu faktlara görə də Azərbaycanda prezident seçkiləri sabit və şəffaf keçdi, xalq öz seçimini etdi, layiqli namizədini seçdi".

E.Məmmədov əlavə edib ki, Ermənistan isə işğalçılıq siyasəti nəticəsində qonşularla düşmənçilik mövqeyində durur, regionda baş verən bütün inkişafdan, beynəlxalq layihələrdən, dövlətlərarası əməkdaşlıqdan təcrid olundu, iqtisadiyyatı iflasa uğradı:

"Ermənistan iqtisadiyyatının 80-90 faizi xarici ölkələrin inhisarına keçib, Ermənistanın prezidentlik postunu zəbt edən "Qarabağ klanı" öz cinayətkar əməlləri ilə Ermənistanı və xalqı rüsvayçılığa, təcrid olunmağa və fəlakətə sürüklədi. Nəticə də göz qabağındadır. Bu, hələ son deyil. Hesab edirəm ki, Ermənistanda bu cür etiraz dalğaları davam edəcək, bu dalğa vətəndaş müharibəsinə çevriləcək. Çünki "Qarabağ klanı" ilə Ermənistan erməniləri arasında uzun müddətdir düşmənçilik vəziyyəti davam edir, artıq bu məsələ qabarıb və üzə çıxıb. Bu gedişlə Ermənistanı hələ çox fəlakətlər gözləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti