Bakı. İlhamə İsabalayeva – Trend:
“Biz həmişə Azərbaycanın ərazi bütövlüyünü tanımışıq və tanımağa da davam edəcəyik”.
Trend-in məlumatına görə, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Komitənin sədri, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvü, Böyük Britaniyadan olan deputat Sayyad Kərim deyib.
S.Kərim bildirib ki, Cənubi Qafqaz regionunun təhlükəsizliyini təmin etmək üçün daha çox dinamikaya ehtiyac var:
“Biz Cənubi Qafqaz regionunda yalnız demokratiyanı və inkişafı gücləndirən dinamikanı dəstəkləyəcəyik”.