...

Avropa komissarı: Aİ Bakını ticarət qovşağına çevrilmək işində dəstəkləməyə davam edəcək (YENİLƏNİB)

Siyasət Materials 9 May 2018 11:52 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Bakını ticarət qovşağına çevrilmək işində dəstəkləməyə davam edəcək.
Avropa komissarı: Aİ Bakını ticarət qovşağına çevrilmək işində dəstəkləməyə davam edəcək (YENİLƏNİB)

Bakı. İlkin Şəfiyev - Trend:

Avropa İttifaqı (Aİ) Bakını ticarət qovşağına çevrilmək işində dəstəkləməyə davam edəcək.

Trend-in məlumatına görə, Genişlənmə və meriban qonşuluq siyasəti məsələləri üzrə Avropa komissarı Yonannes Han Bakıda keçirilən Dünya Limanları Konfransının iştirakçılarına videomüraciətində deyib.

Y.Han qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi ölkəyə Avropa və Asiyanın birləşdirilməsində aparıcı rol oynamağa imkan verir:

"Kommunikasiya "Şərq tərəfdaşlığı" çərçivəsində 2020-ci ilədək həyata keçirilməli olan 20 tapşırıqdan biridir. Qeyd etdiyimiz kimi, bu, iqtisadi inkişaf üçün əsas amildir və insanları birləşdirir, xalqlarımızı daha güclü edir, eləcə də təcrübə mübadiləsi üçün platforma yaradır".

O bildirib ki, Aİ TEN-T infrastruktur proqramı çərçivəsində 2020-ci ilədək 150 milyon avro məbləğində qrant ayırıb:

"Bu, uzunmüddətli investisiya planı çərçivəsində proqrama bir milyard avrodan çox sərmayə cəlb etməyə kömək edəcək. Biz Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankı ilə sıx əməkdaşlıq edərək zəruri infrastruktura investisiya yatırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti