...

Qriqori Karasin: Heydər Əliyev müstəqil Azərbaycanın formalaşmasında rol oynamış və Rusiya ilə strateji tərəfdaşlığın əsasını qoymuş görkəmli dövlət xadimi idi

Siyasət Materials 10 May 2018 16:22 (UTC +04:00)

Bakı. Trend:

Heydər Əliyev müstəqil Azərbaycanın formalaşmasında müəyyən rol oynamış və Rusiya ilə strateji tərəfdaşlıq kursunun əsasını qoymuş görkəmli dövlət xadimi idi.

Trend-in məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Bakıda Heydər Əliyev Mərkəzində “Heydər Əliyev: şəxsiyyət, missiya, irs” Azərbaycan-Rusiya tarixi sənədli sərgisinin açılış mərasimində çıxışı zamanı deyib.

Q.Karasin sərginin görkəmli şəxsiyyətə həsr edildiyini, Heydər Əliyevin nəhəng cəsarətə və təcrübəyə malik olduğunu, onun Azərbaycanın inkişafı üçün taleyüklü qərarlar qəbul etdiyini bildirib.

İki dəfə Azərbaycana rəhbərlik edən Ulu Öndərin fəaliyyəti barədə danışan Rusiyanın xarici siyasət idarəsinin rəsmisi deyib ki, Heydər Əliyevi insanlara və işinə olan maraq fərqləndirirdi, o, nəhəng potensiala malik şəxsiyyət idi.

O qeyd edib ki, Ulu Öndər Rusiya ilə münasibətlərə xüsusi əhəmiyyət verirdi: "Ümummilli Liderin siyasi kursunu bu gün Prezident İlham Əliyev davam etdirir".

RF xarici işlər nazirinin müavini vurğulayıb ki, məhz buna görə də Rusiya - Azərbaycan münasibətlərinin gələcək inkişafına nikbinliklə baxır və əmindir ki, bu münasibətlər ölkələrimizin və xalqlarımızın rifahı naminə inkişaf edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti