...

Bakıda NATO tərəfdaşların arxa cəbhə ekspertlərinin daimi qrupu ilə görüş keçirilir (FOTO)

Siyasət Materials 15 May 2018 16:14 (UTC +04:00)
NATO ilə əməkdaşlıq çərçivəsində Bakıda ilk dəfə tərəfdaşların arxa cəbhə ekspertlərinin daimi qrupu ilə görüş keçirilir.
Bakıda NATO tərəfdaşların arxa cəbhə ekspertlərinin daimi qrupu ilə görüş keçirilir (FOTO)

Bakı. Trend:

NATO ilə əməkdaşlıq çərçivəsində Bakıda ilk dəfə tərəfdaşların arxa cəbhə ekspertlərinin daimi qrupu ilə hərəkət və nəqliyyat, dayanıqlı planlaşdırılma və hərəkət sərbəstliyi mövzularında görüşü keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 18-dək davam edəcək tədbirdə 13 ölkədən 24 nümayəndə iştirak edir.

Ekspert qrupunun əsas məqsədi NATO əməliyyatlarına töhfə verən tərəfdaş ölkələrin maddi-texniki təminat bölmələrinin imkanlarını müəyyənləşdirərək səmərəli istifadəsi üçün inkişaf etdirmə yollarını tapmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti