...

Hyustonda 28 may Azərbaycan günü elan edilib

Siyasət Materials 1 İyun 2018 08:32 (UTC +04:00)
Amerikanın energetika paytaxtı hesab olunan və 1976-cı ildən Bakı ilə qardaşlaşmış şəhəri olan, həmçinin çoxsaylı həmvətənlərimizin yaşadığı Hyustonda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı şəhərin meri Silvestr Törner (Sylvester Turner) tərəfindən Azərbaycan Günü elan edilib.
Hyustonda 28 may Azərbaycan günü elan edilib

Bakı. Trend:

Amerikanın energetika paytaxtı hesab olunan və 1976-cı ildən Bakı ilə qardaşlaşmış şəhəri olan, həmçinin çoxsaylı həmvətənlərimizin yaşadığı Hyustonda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı şəhərin meri Silvestr Törner (Sylvester Turner) tərəfindən Azərbaycan Günü elan edilib.

Trend-in məlumatına görə, bununla əlaqədar olaraq S. Törner bəyannamə imzalayıb.

Bəyannamədə 1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması bildirilir.

Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnun verilməsini təmin edib.

Sənəddə Azərbaycan Xalq Cümhuriyyətinin1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.

Eyni zamanda Hyustonun və Bakı arasında qardaşlıq münasibətinin və vətəndaşlar arasında bir sıra mədəni və təhsil sahələrində mübadilənin mövcüd olduğu qeyd olunur.

Bəyannamədə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü il yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə Azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd olunduğu bildirilir.

Mer Törner Hyustonda Azərbaycan Xalq Cümhuriyyəti Günü elan edir bu xüsusi bayramı yaddaqalan qeyd olunması üçün ən xoş arzularını çatdırır.

Qeyd edək ki, bəyannamə mayın 31-də Hyuston şəhərində keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova meriya nümayəndəsi tərəfindən rəsmən təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti