...

Xəzəryanı dövlətlərinin V Zirvə toplantısı öz işinə başlayıb

Siyasət Materials 12 Avqust 2018 13:35 (UTC +04:00)

Bakı. Tural Turan - Trend:

Avqustun 12-də Xəzəryanı dövlətlərinin V Zirvə toplantısı öz işinə başlayıb. Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov Aktauya səfər ediblər. Prezidentlər hava limanından dərhal toplantının baş tutacağı “Dostluq evi”nə yollanıblar.

Xatırladaq ki, Zirvə toplantısının gündəliyinə 3 əsas məsələ daxil edilib: Xəzər dənizinin hüquqi statusu, Xəzərdə əməkdaşlıq məsələləri və regional və qlobal mövzular. Toplantının yekunu olaraq Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyasının imzalanması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti