...

Rusiya səfiri: Xəzərin statusu haqqında Konvensiyanın imzalanması tarixi hadisədir (YENİLƏNİB)

Siyasət Materials 20 Avqust 2018 11:36 (UTC +04:00)
Xəzər dənizinin statusu haqqında Konvensiyanın imzalanması tarixi hadisədir.
Rusiya səfiri: Xəzərin statusu haqqında Konvensiyanın imzalanması tarixi hadisədir (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Xəzər dənizinin statusu haqqında Konvensiyanın imzalanması tarixi hadisədir.

Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, vacib amil ondan ibarətdir ki, bu Konvensiya ilk növbədə öz maraqlarını nəzərə alan beş müstəqil dövlət tərəfindən imzalanıb:

“Mühüm olan odur ki, Konvensiyanın imzalanmasında suveren dövlətlər iştirak edib. Ölkələr hansısa təzyiqlə üzləşmədən imzalamanı öz maraqlarına uyğun həyata keçiriblər. Bu, böyük nailiyyətdir. İndi Xəzərdə mehriban qonşuluq əlaqələrini möhkəmləndirən beynəlxalq hüquqi rejim yaradılıb. Bu, çox vacib tarixi hadisədir”.

Diplomatın fikrincə, ümumi xarakter daşıyan bu Konvensiya yaxın zamanlarda Xəzər regionu ölkələrinin dövlət başçılarının qərarı ilə yaradılmış yüksək səviyyəli işçi qrupunun fəaliyyəti nəticəsində konkret layihələrə yol açacaq:

“Yüksək səviyyəli işçi qrupunun birinci iclasının 2018-ci ilin sonuna qədər Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Mən hələlik hansı layihələrin hazırlanacağını bilmirəm. Ola bilər ki, layihələrdən biri Xəzər dənizində kruiz turizmi sisteminin yaradılması olsun. Bunda həm ölkələr, həm də səyahət etmək istəyən insanlar maraqlıdır. Bu, hələlik bir fikirdir, amma istərdim ki, qısa zamanda reallaşsın”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti