Bakı. Ləman Zeynalova – Trend:
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda Ermənistan hökumətinin anlayış göstərəcəyinə ümid edir.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov EURACTIV jurnalına müsahibəsində deyib.
Nazir bildirib ki, mehriban qonşuluq münasibətləri qurulmadan dayanıqlı inkişafa nail olmaq mümkün deyil: "Ən əsası, erməni qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır”.
E.Məmmədyarov qeyd edib ki, Ermənistan rəhbərliyi danışıqların gedişi ilə bağlı maariflənmə prosesinə ehtiyac duyur:
“Fikrimcə, biz əvvəlki rəhbərliklə irəliləyişə nail olmuşduq, amma indi yeni rəhbərlik var və ola bilər ki, onlara danışıqlar prosesində baş verənləri anlamaq üçün bir qədər çox vaxt lazım olsun”.