...

Xarici işlər naziri Elmar Məmmədyarov İtaliya senatının sədri ilə görüşüb

Siyasət Materials 18 Oktyabr 2018 18:44 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici işlər naziri Elmar Məmmədyarov İtaliya senatının sədri ilə görüşüb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, İtaliya senatının prezidenti qismində ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Maria Elisabetta Alberti Kasellati Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını qeyd edib.

Münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirən tərəflər qarşılıqlı səfər və görüşlərin keçirilməsinin ikitərəfli əlaqələrin genişlənməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Bu xüsusda, tərəflər Azərbaycan və İtaliya arasında dostluq əlaqələrinin daha da inkişafında parlamentlərin fəaliyyətini yüksək qiymətləndiriblər. Həmçinin, tərəflər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya son səfərinin nəticələrindən məmnunluqlarını ifadə ediblər.

İtaliyanın Azərbaycanın strateji tərəfdaşı olduğunu qeyd edən nazir E.Məmmədyarov ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi üzrə aparılan köklü islahatlar barədə məlumat verərək İtaliya şirkətlərinin daha da fəal surətdə qeyri-neft sektorunda təmsil olunması üçün cəlbedici imkanların olduğunu bildirib.

Nazir E.Məmmədyarov Cənubi Qaz Dəhlizi və onun vacib hissələri olan TANAP və TAP layihələrinin əhəmiyyətini vurğulayıb. Nazir bu layihələrin gerçəkləşməsinin iqtisadi əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Son illərdə İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olduğunu vurğulayan tərəflər Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Həmçinin, Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələr təqdir olunub.

Görüşdə elm, təhsil, mədəniyyət və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti