...

Azərbaycan və Filippin siyasi məsləhətləşmələr müxanizminin yaradılması haqqında protokol imzalayıb (FOTO)

Siyasət Materials 26 Oktyabr 2018 18:55 (UTC +04:00)

Bakı. Trend:

Xarici işlər nazirinin müavini Ramiz Həsənov Filippinin xarici işlər katibinin müavini Ernesto Korpuz Abella ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əlaqələrin cari vəziyyəti ətrafında fikir mübadiləsi aparan tərəflər Azərbaycan-Filippin münasibətlərinin inkişafı üçün geniş potensialın olduğunu vurğuladılar və bu xüsusda qarşılıqlı səfər mübadiləsinin əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcəyinə əminliklərini bildiriblər.

Görüş zamanı Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji, infrastruktur və logistika layihələri haqqında məlumat verilib.

Görüşdə iki ölkə arasında humanitar, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq, eləcə də müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərinə toxunulub.

Həmçinin, görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlərə ətrafında müzakirələr aparılıb.

Görüşün sonunda xarici işlər nazirinin müavini R.Həsənov Filippinin xarici işlər katibinin müavini Ernesto Korpuz Abella "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Filippin Respublikası Xarici İşlər Departamenti arasında siyasi məsləhətləşmələr müxanizminin yaradılması haqqında Protokol"u imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti