Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Kamboca Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kamboca xalqına sülh və tərəqqi diləyirəm".