...

Azərbaycan "Qlobal Terrorçuluq İndeksi"ndə mövqeyini yaxşılaşdırıb - ölkədə terror töhlükəsi yoxdur

Siyasət Materials 6 Dekabr 2018 14:36 (UTC +04:00)
Azərbaycan yeni "Qlobal Terrorçuluq İndeksi"ndə mövqeyini yaxşılaşdıraraq 98-ci yeri tutub. Hesabat İqtisadiyyat və Sülh İnstitutu tərəfindən hazırlanıb.
Azərbaycan "Qlobal Terrorçuluq İndeksi"ndə mövqeyini yaxşılaşdırıb - ölkədə terror töhlükəsi yoxdur

Trend-i buradan izləyin

Bakı. Fikrət Doluxanov - Trend:

Azərbaycan yeni "Qlobal Terrorçuluq İndeksi"ndə mövqeyini yaxşılaşdıraraq 98-ci yeri tutub. Hesabat İqtisadiyyat və Sülh İnstitutu tərəfindən hazırlanıb.

Trend-in məlumatına görə, indeks ölkədə terrorçuluğun təsirini əks etdirir və sosial-iqtisadi şəraitin təhlilinə, həmçinin radikal cərəyanların yaranmasının geosiyasi amillərinə əsaslanır.

Reytinqdə ilk yerləri terrorçuların fəaliyyəti və terrorizm təhdidinin daha yüksək olduğu, sonuncu yerləri isə daha aşağı olduğu ölkələr tutur. Azərbaycan siyahıda 138 ölkə arasında 98-ci yerdədir ki, bu da praktiki olaraq ölkədə ümumiyyətlə terror təhlükəsinin olmadığını göstərir. Bundan əvvəl ölkəmiz reytinqdə 95-ci idi.

Bu göstərici ilə Azərbaycan regionun lideridir. Belə ki, Ermənistan 83-cü, Gürcüstan isə 89-cu mövqedədir.

İlk üçlüyə İraq, Əfqanıstan və Nigeriya daxil edilib. ABŞ 20, Fransa 30, Rusiya 34, Almaniya isə terrorizm təhlükəsi baxımından 39-cu ölkədir.

Postsovet ölkələrindən Ukrayna 21-ci, Tacikistan - 74, Qazaxıstan - 75, Qırğızıstan - 80, Moldova - 116, Özbəkistan - 132, Türkmənistan və Belarus isə 138-ci terdə dayanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti