Azərbaycan 2019-cu ildə də Ermənistanın təcavüzünə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi üçün əlindən gələni edəcək

Azərbaycan 2019-cu ildə də Ermənistanın təcavüzünə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi üçün əlindən gələni edəcək

Bəxtiyar Hacıyev – Trend:

Başa vurduğumuz 2018-ci ildə də rəsmi Bakı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədləri çərçivəsində həll olunması istiqamətində diplomatik səylərini davam etdirib.

Uzun illərdir münaqişənin nizamlanması üzrə aparılan danışıqlar nəticə verməsə də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında MDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləri çərçivəsində baş tutan söhbətlər danışıqlar prosesində müəyyən irəliləyişin olması baxımından nikbinlik yaradır. Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "rəhbərliyi"ni münaqişə tərəfi kimi danışıqlar masasında oturtmağa çalışsa da, Azərbaycanın qətiyyətli mövqeyi sayəsində Ermənistanın yeni rəhbərliyinin bu niyyəti puç oldu, danışıqların formatı dəyişməz olaraq qaldı.

Dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələri 2018-ci ildə də döyüş meydanında uğurlu əməliyyatlar həyata keçirdi. May ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan-Gorus-Laçın yolu nəzarətə götürüldü.

Şərur rayonunun mühüm strateji əhəmiyyətə malik Günnüt kəndi 1992-ci ildə işğal edilmişdi. Lakin Əlahiddə Ümumqoşun Ordusu tərəfindən kənd və ətraf ərazilər işğaldan azad olundu, müdafiə zolağının Vəlidağ, Kömürlüdağ istiqamətində Axsal dağı, Qızılqaya dağı, Yağargərdik dağı, Bağırsaq dağı və Həsənqulubağ sahəsində ön xəttin dövlət sərhədi boyu əlverişli mövqeləri ələ keçirildi. Ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyə məqsədilə 50 kilometr yeni yol çəkildi, 60 kilometrdən artıq yararsız yollar isə bərpa edildi. Strateji əhəmiyyətli Arpaçay su dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı yüksəkliklərdə yeni müdafiə mövqeləri quruldu. Müdafiə rayonunun qorunmasının təşkili məqsədilə ərazidə qısa müddətdə mühəndis-istehkam tədbirləri görüldü, postlar arasında dayanıqlı rabitə əlaqəsi yaradıldı, yeni səngərlər qazıldı. Ön xətdəki mövqelərlə yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə sistemi yaradıldı.

Şübhəsiz ki, bu uğurlu əməliyyat Azərbaycan Ordusunun 2016-cı il şanlı Aprel zəfərinin məntiqi davam idi. Aprel döyüşlərində ordumuz Ermənistanın təxribatına cavab olaraq əks-hücum əməliyyatı keçirdi, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan azad etdi, həmçinin Lələtəpə yüksəkliyinin azad olunması ilə Cocuq Mərcanlı kəndində təhlükəsizlik tam təmin edildi. Qısa müddətdə Cocuq Mərcanlı kəndi bərpa edildi, burada 150-dən artıq ev tikildi və məcburi köçkünlər öz doğma yurdlarına qayıtdılar.

Ümumiyyətlə qeyd etməliyik ki, son illərdə məcburi köçkünlərin problemlərinin həlli işində də çox böyük addımlar atılıb. 300 minə yaxın köçkün yeni mənzillərlə, fərdi evlərlə təmin edilib. 2018-ci ildə isə 5800 məcburi köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib, o cümlədən “Qobu Park” köçkün şəhərciyi və Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksinin açılışı olub.

2018-ci ildə də Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması diplomatiyamızın ən başlıca vəzifəsi olub və əlbəttə ki, cari ildə də prioritet vəzifə olaraq qalacaq. Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında MDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləri çərçivəsində söhbətlər baş tutub və Azərbaycanın xarici işlər naziri ilə ermənistanlı həmkarı arasında son altı ay ərzində 3 görüş keçirilib. Ötən il dekabrın 6-da ATƏT-in Milanda keçirilmiş Nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə bəyanatı qəbul olunub. Bəyanatda münaqişənin sülh yolu ilə ədalətli və davamlı həlli üzrə danışıqların davam etdirilməsinin razılaşdırıldığı qeyd olunur. Burada, həmçinin iki ölkənin rəhbərləri səviyyəsində Düşənbədə əldə olunan razılaşmaya riayət olunması və hər iki ölkə əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılması çağırışı əks olunur. Vacib məqamlardan digəri isə birgə bəyanatda münaqişənin ədalətli və davamlı həllinin təşviq edilməsi üçün yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində intensiv nəticəyə istiqamətlənmiş danışıqların keçirilməsi fikrinin əks olunmasıdır. Bu yanaşma ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən tam dəstəklənir.

Bundan başqa, yola saldığımız ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra beynəlxalq təşkilatlar tərəfindən maraqlarımıza cavab verən aşağıdakı önəmli sənədlərin qəbul edilməsinə nail olunub:

- 3-6 aprel tarixlərində 117 ölkə və 16 beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Aralıq Nazirlər Konfransının yekun sənədinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll edilməsinin vacibliyini vurğulayan bənd daxil edilib;

- 16-17 aprel tarixlərində Düşənbə şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlər Şurası iclasının yekun sənədinə Ermənistan-Azərbaycan münaqişəsinin regional iqtisadi əməkdaşlığa maneə törətdiyi və münaqişənin tezliklə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında həllinin vacibliyinə dair bənd daxil edilib;

- 25 apreldə Avropa Şurası Parlament Assambleyasında qəbul olunmuş “Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı qətnamədə işğal edilmiş ərazilərin əhalisinin başqa yerə köçürülməsi və işğalçı qüvvə tərəfindən bu ərazilərə digər əhalinin yerləşdirməsi müharibə cinayəti kimi qeyd olunub;

- 5-6 may tarixlərində Banqladeş Xalq Respublikasının Dəkkə şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələr qəbul edilib.

İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında “1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamə də qəbul olunub. Qətnamədə Azərbaycanın Xocalı şəhərində və digər işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhali və hərbi şəxslərə qarşı törədilmiş kütləvi vəhşiliklər qəti şəkildə pislənilir və üzv dövlətlər münaqişə dövründə Azərbaycanın Xocalı şəhəri və işğal edilmiş digər ərazilərində törədilmiş cinayətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi yerli və beynəlxalq səviyyədə tanınması istiqamətində lazımı səy göstərməyə səslənib;

- 11 iyulda Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Avropa İttifaqından Azərbaycana önəmli dəstək ifadə olunub;

- 5 oktyabrda Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM dövlətlərinin hökumət başçılarının iclasında qəbul edilmiş birgə bəyanatda Ermənistan-Azərbaycan münaqişəsi və GUAM-a üzv ölkələrin ərazisində həllini tapmamış digər münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb və bu münaqişələrin beynəlxalq sülh, təhlükəsizlik və sabitliyə təhlükə təşkil etdiyini nəzərə alaraq, onların yuxarıda göstərilən prinsiplər əsasında tezliklə həlli məqsədilə beynəlxalq ictimaiyyətə səylərin artırılması üçün çağırış edilib;

- 12 dekabrda Avropa Parlamentinin qəbul etdiyi “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə” adlı qətnamədə Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəkləməsi bir daha təsdiqlənib. Sənəddə tərəfdaş ölkələrin ərazisində dondurulmuş münaqişələrin beynəlxalq hüquq, norma və prinsiplərə uyğun olaraq nizamlanmasının zərurəti vurğulanır. Bundan başqa, qətnamə münaqişə nəticəsində doğma yurdlarından didərgin düşmüş şəxslərə dəstəyi gücləndirməyə, tərəfdaş ölkələrin ərazisində vəziyyətin destabilizasiyası məqsədilə üçüncü tərəflərin müdaxilə cəhdlərinin qarşısını almağa çağırır. Beləliklə, sənəd faktiki olaraq növbəti dəfə Aİ-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə dəstəyini təsdiq edib.

- 17 dekabrda BMT Baş Assambleyasında Azərbaycan tərəfindən irəli sürülmüş və əsas məqsədi silahlı münaqişələr şəraitində itkin düşmüş şəxslərin probleminə diqqətin daha da artırılmasından ibarət "İtkin düşmüş şəxslər" adlı qətnamə yekdilliklə qəbul edilib.

Ötən il dekabrın 24-də məcburi köçkünlərlə görüşündə dövlətimizin başçısının dediyi kimi, Azərbaycan bütün imkanlardan istifadə edir ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapsın:

“Biz 2019-cu ilə qədəm qoyuruq və ümid edirik ki, bu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər. Amma baxacağıq ki, vəziyyət necə inkişaf edir. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır, bərpa edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Bunu ədalət, tarix tələb edir, bunu beynəlxalq hüquq tələb edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz dediyim sözlər öz əksini tapıb ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Biz əlbəttə ki, xarici müstəvidə öz səylərimizi bu istiqamətdə artıracağıq. Bu il həm ikitərəfli təmaslar əsasında mən bir çox ölkələrin dövlət və hökumət başçıları ilə apardığım danışıqlarda və imzalanmış sənədlərdə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmət göstərilir və münaqişənin bu prinsiplər əsasında həll olunması tələb edilir. Eyni zamanda, Avropa İttifaqı ilə imzalanmış sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında çox ciddi bəyanatlar var. Yəni, həm tarixi, həm hüquqi əsaslar bizim mövqeyimizi dəstəkləyir. Əlbəttə ki, bu gün Ermənistan və Azərbaycan iqtisadi və hərbi cəhətdən fərqli kateqoriyalarda olan ölkələrdir. Eyni zamanda, bölgədə gedən proseslər, bizim qonşu ölkələrlə münasibətlərimizin möhkəmləndirilməsi regionda vəziyyəti bizim xeyrimizə dəyişdirir. Yəni, bütün bu amillər deməyə əsas verir ki, 2019-cu ildə münaqişə ilə bağlı müəyyən addımlar atılacaq. Hələ ki, bir şey demək tezdir, ancaq bir şey tam aydındır: biz prinsipial mövqeyimizdən çəkilməyəcəyik, öz ərazi bütövlüyümüzün istənilən yolla bərpası bizim suveren hüququmuzdur. Dağlıq Qarabağ və onun ətrafında yerləşən digər işğal edilmiş torpaqlar bizim əzəli, tarixi torpaqlarımızdır və bu, bu gün belədir, sabah da belə olacaq”.

Beləliklə, heç şübhəsiz ki, cari ildə də Azərbaycan Ermənistanın təcavüzünə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıtması üçün əlindən gələni edəcək.

“Texnomart” mağazalar şəbəkəsi rebrendinq edib (FOTO)
“Texnomart” mağazalar şəbəkəsi rebrendinq edib (FOTO)
Azərbaycan-Xorvatiya biznes forumu keçirilib (FOTO)
Azərbaycan-Xorvatiya biznes forumu keçirilib (FOTO)
Riteylerə kömək: kassa sistemi vasitəsilə gəliri necə artırmaq və milyonlara qənaət etmək olar
Riteylerə kömək: kassa sistemi vasitəsilə gəliri necə artırmaq və milyonlara qənaət etmək olar
Loading Bars
Xəbər lenti
Azərbaycanın icmal büdcəsinin gəlirləri 23 milyard manatdan çox olub
Bu ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri nə qədər olub? - HESABAT
Buster doza ilə peyvəndləmə xüsusilə risk qrupuna aid olan vətəndaşlar üçün vacibdir
Azərbaycan və Qazaxıstan arasında Əməkdaşlıq Memorandumu imzalanıb
2021-ci ilin doqquz ayı üzrə dövlət büdcəsinin gəlirləri AÇIQLANDI
Müharibə əlilləri evlərin alqı-satqısı zamanı dövlət rüsumu ödəməyəcək
Sosial iş yerlərində və özünüməşğulluqda, habelə peşə hazırlığının təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək - QANUN
Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra investorların bura marağı daha da artıb - İBF-in vitse-preziedenti (VİDEO)
"Memar Əcəmi" metrostansiyasında koronavirus xəstəsi saxlanılıb (FOTO)
Konqoda 160-dan çox uşaq naməlum xəstəlikdən ölüb
Vaxt keçdikcə COVİD-19-un fərqli növlərini görəcəyik, vaksinasiya sürətləndirilməlidir - İnfeksionist
Kaspersky dünya üzrə kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb (FOTO)
UNEC rektoru Prezident təqaüdçüləri ilə görüşüb (FOTO)
Lökbatan qəsəbəsində Vətən müharibəsinin şəhidləri anılıb (FOTO)
İranda 178 nəfər koronavirusdan ölüb
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə “YAŞAT” arasında memorandum imzalanıb (FOTO)
Baş Prokurorluq qətlə yetirilən 10 yaşlı Nərminin qan uyğunsuzluğu məsələsini aydınlıq gətirdi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Delta plyus” ikiqat mutasiya olunub, daha tez yayılır - TƏBİB-dən XƏBƏRDARLIQ
Zəngəzur dəhlizinin açılması ilə bağlı Türkiyənin qərarı dəyişməyib - Ərdoğan
Türkiyə Prezidenti Azərbaycana səfər edəcəyini təsdiqlədi
ADU-nun rektoru Kamal Abdulla ingilis professorları ilə görüşüb
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
“Texnomart” mağazalar şəbəkəsi rebrendinq edib (FOTO)
BDU və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib (FOTO)
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb (FOTO)
AzMİU-da “Memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalar ESİAC2021” mövzusunda beynəlxalq konfrans keçirilib
Azərbaycandan Gürcüstana 3,2 milyon tondan çox neft nəql olunub
BNA sərnişinlərin ən çox şikayət etdiyi daşıyıcı şirkətlərin adlarını açıqlayıb (SİYAHI)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Göyçayda keçirilib (FOTO)
Vahid Ələkbərov Yelo Bankın yeni baş ofisinin açılışında iştirak etdi (FOTO)
Səbaildə tarixi binaların üzərindəki havalandırma boruları sökülür (FOTO)
Cərrahiyyə əməliyyatından sonra ürəkbulanma və qusmaya səbəb nədir?
Bakıda daha bir küçə təmir olunub (FOTO)
Türk Dünyası (turkic.world) layihəsi informasiya tələbatına cavab verir - Türkiyə Prezidentinin baş müşaviri
Bərdə doğum evində ana ölüb
Bank Respublika üçüncü rübdə uğurlu maliyyə nəticələri nümayiş etdirib
"Bavariya"nın baş məşqçisi koronavirusa yoluxub
Prezident İlham Əliyev: Şəhid olmuş hər bir insan Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhriyar Məmmədyarovun atası ilə səmimi söhbət ediblər
Prezident İlham Əliyev: Xalqımız işğal dövründə öz doğma torpaqlarını unutmadı
Prezident İlham Əliyev: Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək
Şəkidə nar ağaclarında zərərvericilər aşkarlanıb
Gələn həftə Azərbaycan və Türkiyənin hakim partiyaları arasında iclas keçiriləcək
Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttinin ilkin konseptual layihəsi hazırlanıb (FOTO)
Bitum məhsullarına dair dövlət standartları təsdiq edilib
Hər bir ölkənin gücünü müəyyən edən əsas amil milli həmrəylikdir - Tahir Budaqov (FOTO)
“Azərpoçt” yeni layihəyə başlayır
Kapital Bank yeni “Kliklə ödə” xidmətini təqdim edib
Qarabağa qanunsuz yük daşımaya görə saxlanılan iki İran vətəndaşı ölkələrinə qaytarılıb
Zakir Həsənov Kəlbəcər və Laçında hərbi hissələrin qışa hazırlığını yoxlayıb (FOTO/VİDEO)
Bakıda 1722 manata kirayə mənzillər verilir
Xarici valyutaların manata qarşı məzənnələri
Britaniya Səhiyyə Nazirliyi koronavirusun yeni ştammını təhlükəli hesab etmir
Kriştiano Ronaldo Çempionlar Liqasında unikal rekorda imza atıb
Çində partlayış olub, ölən və yaralananlar var
Tramp özünün sosial şəbəkəsinin fəaliyyətə başlayacağını açıqlayıb
"Netflix"in işində fasilələr yaranıb
Türkiyədə zəlzələ baş verib
ABŞ-da "Moderna" və "J&J" peyvəndlərinin 3-cu dozasının vurdurlmasına icazə verilib
Mingəçevir Dövlət Universitetində Energetiklər Günü qeyd olunub (FOTO)
Hindistan İran, Pakistan və Əfqanıstandan gələn yüklərdən imtina edib
Çempionlar Liqası: "Mançester Yunayted" "Atalanta"nı məğlub edib
ÜST təcili istifadə üçün "Sputnik V" peyvəndinin təsdiq prosedurunu bərpa edib
Zəfər xronikası 21 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 21 oktyabr
Prezident İlham Əliyev: 20 oktyabr həm zəngilanlılar, həm də bütün xalqımız üçün əbədi Zəfər günü kimi qalacaq
Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş naziri müavinlərinin üçtərəfli görüşü keçirilib
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb (VİDEO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
Mixeil Saakaşvili Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham olunub
Ermənilər Xankəndidə yaşamaqdan imtina edir? - AÇIQLAMA
Daha 52 imtiyazlı şəxs sanatoriya-kurort, müalicə mərkəzlərinə yola salınıb
Prezident İlham Əliyev: Vejnəli qızıl yatağının qanunsuz istismarında iştirak edən xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verilib
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Prezident İlham Əliyev: Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, bütün infrastruktur qurulacaq
Azərbaycan qida məhsullarının idxalını 15 faizdən çox azaldıb
Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr göstərir ki, istədiyimizə nail oluruq
Prezident İlham Əliyev: Biz ordumuzu, iqtisadiyyatımızı, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq
Azərbaycan əhalisi pullarını əsasən bu məhsullara xərcləyib
Prezident İlham Əliyev: Uzun fasilədən sonra - 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı
Prezident İlham Əliyev: Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir
Prezident İlham Əliyev: Çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq
ABB-də kiçik sahibkarlar üçün Payız kampaniyası başlandı!
David Babayanın Rusiyaya səfəri şəxsi xarakter daşıyır - Səfirlik
Naxçıvanda hərbi hissələr qışa tam hazırdır (FOTO/VİDEO)
Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə növbəti “Beynəlxalq Zəfər düşərgəsi”nin açılışı olub (FOTO)
4 nəfərin ölümünə səbəb olan şirkət rəhbəri ittihamları rədd etdi
Vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb edən "baş redaktor"un əməlləri ifşa olunub
Azərbaycan-Xorvatiya biznes forumu keçirilib (FOTO)
Ali Hərbi Məktəbdə baş leytenant Rəşad Rəhimovun xatirəsi anılıb (FOTO/VİDEO)
Bitkoinin qiyməti tarixi rekordu yenilədi
YAP-da gender bərabərliyi və qadın hüquqları ilə bağlı konfrans keçirilib (FOTO)
Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilir - SƏRƏNCAM
Nərmin Quliyevanın ölümü ilə bağlı ifadələr məhkəmədə ziddiyyət yaratdı
Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurası təsis olunub (FOTO)
ABŞ-da partlayış təhdidinə görə hərbi baza bağlanıb
Zəngilan şəhərinin Baş planının hazırlanması ilə bağlı vəsait ayrıldı - SƏRƏNCAM
Ceyhun Bayramovla ABŞ Dövlət Katibinin köməkçisi arasında telefon danışığı olub
Qaxda ev əşyaları ilə birgə yanıb
Bütün xəbərlər