...

Prezident İlham Əliyev Mərkəzçi Demokrat İnternasionalının prezidentini qəbul edib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 28 Fevral 2019 11:43 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Mərkəzçi Demokrat İnternasionalının prezidenti Andres Pastrananı qəbul edib.
Prezident İlham Əliyev Mərkəzçi Demokrat İnternasionalının prezidentini qəbul edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrananın başçılıq etdiyi, bu qurumun baş katibi Antonio Lopez-İsturiz və Asiya və Sakit okean regionu üzrə baş əlaqələndiricisi Sezar Rosellonun daxil olduğu nümayəndə heyətini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat ximətindən Trend-ə məlumat verilib.

Prezident İlham Əliyev səfərin və aparılan müzakirələrin ölkəmizlə bu təsisat arasında əməkdaşlıq və dialoqun inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.

Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrana rəhbərlik etdiyi təşkilatın gündəliyində duran məsələlər və həyata keçirilən tədbirlər barədə məlumat verdi. O, səfər çərçivəsində məcburi köçkünlərlə görüşdüklərini və Azərbaycan hökuməti tərəfindən onların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən sosial təyinatlı işlərin nümunəvi olduğunu bildirdi.

Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu fəsadlar və münaqişənin həlli prosesi barədə danışdı.

Görüşdə, həmçinin Mərkəzçi Demokratlar İnternasionalı ilə Azərbaycan, xüsusilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti