...

Baş katib: Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülhün təmin olunmasına töhfə baxımından önəmli platformadır (FOTO)

Siyasət Materials 2 May 2019 17:28 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov ilə İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Yusef bin Ahmad Al-Otaimin arasında görüş keçirildi
Baş katib: Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülhün təmin olunmasına töhfə baxımından önəmli platformadır (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibi Yusef bin Ahmad Al-Otaimin ilə görüşü keçirilib.

Xarici İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İƏT Baş katibi V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakını məmnunluqla qeyd edib. Forumun dünyada sülh, təhlükəsizlik və rifahın təmin olunmasına töhfə baxımından önəmli platforma olduğunu bildirib.

E.Məmmədyarov forumun rəsmi açılışında Baş katibin çıxışına istinad edərək, mədəniyyətlərarası dialoq, müasir dünyanın üzləşdiyi hədə və təhdidlər, o cümlədən islamafobiya kimi məsələlərin cavablandırılmasına dair İƏT-in yanaşması ilə bölüşdüyü üçün Baş katibə təşəkkür edib.

Tərəflər İƏT-Azərbaycan əlaqələri və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları ətrafında geniş fikir mübadiləsi aparıb. Həmçinin qarşıdan gələn İƏT zirvə görüşünə hazırlıq məsələləri müzakirə edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti