...

Gürcüstan XİN rəhbəri: Azərbaycanla birgə delimitasiya komissiyasının işi bərpa olunacaq

Siyasət Materials 3 May 2019 02:27 (UTC +04:00)
Gürcüstan-Azərbaycan birgə delimitasiya komissiyasının işi bərpa olunacaq
Gürcüstan XİN rəhbəri: Azərbaycanla birgə delimitasiya komissiyasının işi bərpa olunacaq

Bakı. Trend:

Gürcüstan-Azərbaycan birgə delimitasiya komissiyasının işi bərpa olunacaq.

Trend-in məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Keşikçidağ (David Qareci) monastr kompleksi ətrafında mövcud olan vəziyyəti şərh edərkən deyib.

D.Zalkaliani bildirib: "Biz Azərbaycan tərəfi ilə razılığa gəldik ki, yaxın vaxtlarda Gürcüstan-Azərbaycan birgə delimitasiya komissiyasının iclası bərpa edilsin. Monastr kompleksinin ayrı-ayrı hissələrində hərəkət mövcud praktika nəzərə alınmaqla maneəsiz həyata keçiriləcək".

Onun sözlərinə görə, o, məsələ ilə bağlı Gürcüstan baş nazirinin sərəncamı əsasında azərbaycanlı həmkarı ilə intensiv ünsiyyətdə olub.

Nazir qeyd edib ki, yaxın günlərdə delimitasiya komissiyasının yenilənmiş heyətinin komplektləşdirilməsi başa çatacağı və onun işi bərpa olunacağı barədə razılıq əldə olunub: "Biz Azərbaycan tərəfi ilə razılığa gəldik ki, yaxın vaxtlarda birgə delimitasiya komissiyasının iclası keçirilsin. Komissiyanın tərkibini yeniləmək lazım idi, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyası haqqında sazişin əldə olunması məqsədilə komissiya yaxın vaxtlarda fəaliyyətini bərpa edəcək".

Nazirin sözlərinə görə, tərəflər razılığa gəlib ki, monastr kompleksinin ayrı-ayrı hissələrində hərəkət mövcud təcrübə nəzərə alınmaqla maneəsiz həyata keçiriləcək.

Qeyd edək ki, Keşikçidağ (David Qareci) monastr kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti