...

Prezident İlham Əliyev kamerunlu həmkarını təbrik edib

Siyasət Materials 18 May 2019 17:12 (UTC +04:00)
Prezident İlham Əliyev Kamerun Prezidenti Pol Biyaya təbrik məktubu göndərib.
Prezident İlham Əliyev kamerunlu həmkarını təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Kamerun Prezidenti Pol Biyaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamerun xalqına əmin-amanlıq və tərəqqi arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti