...

Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü olub (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 31 May 2019 12:03 (UTC +04:00)
Mayın 31-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın təkbətək görüşü olub.
Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü olub (YENİLƏNİB) (FOTO)

Bakı. Trend:

Mayın 31-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın təkbətək görüşü olub.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı. Polşa Prezidenti Andjey Dudanın Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsinə töhfə verəcəyi bildirildi.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti