...

Azərbaycanda təşkilati məsələlər yüksək səviyyədə həyata keçirilir - Omanlı qonaq (FOTO)

Siyasət Materials 1 İyul 2019 12:29 (UTC +04:00)
Azərbaycanın mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün böyük potensialı var.
Azərbaycanda təşkilati məsələlər yüksək səviyyədə həyata keçirilir - Omanlı qonaq (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün böyük potensialı var.

Bunu Trend-ə UNESKO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında iştirak edən omanlı qonaq Nabil Al Xanjari deyib.

Qonaq qeyd edib ki, Azərbaycan tədbirə yüksək səviyyədə ev sahibliyi edir: “Hava limanına düşəndən qonaqpərvərliyi hiss etdim, təşkilati məsələlər yüksək səviyyədə həyata keçirilir. Hər şey mənim gözlədiyimdən də yaxşıdır. Azərbaycanın bu cür tədbirlərə ev sahibliyi etmək üçün çox böyük potensialı var. Bunu dünən baş tutan açılış mərasimində də aydın görmək olurdu”.

Omanlı qonaq Azərbaycana ilk dəfə gəldiyini bildirib: “Birinci dəfədir ki, buraya gəlirəm. Azərbaycanın gözəl ölkə olduğunu eşitmişdim, deyilənlər doğrudur. Gəlişim mənim üçün yeni bir təcrübədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti