...

Qızılağac Milli Parkının ərazi bölgüsü müəyyənləşib

Siyasət Materials 3 İyul 2019 08:43 (UTC +04:00)
“Qızılağac Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü” təsdiq edilib.
Qızılağac Milli Parkının ərazi bölgüsü müəyyənləşib

Bakı. Elçin Mehdiyev - Trend:

“Qızılağac Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü” təsdiq edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, "Qızılağac Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü” əlavə olunmuş xəritədə və aşağıda göstərilən hüdudlarda təsdiq edilib

1) xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) – 67094,0 hektar;

2) təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zona – 4404,0 hektar;

3) turizm və rekreasiya zonası – 25842,0 hektar;

4) turistlərə, elmi və maarifləndirmə məqsədli şəxslərə xidmət göstərilən zona – 1698,0 hektar;

5) Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfatistehsalat zonası – 22,0 hektar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti