...

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində işçi görüşü keçirilir (FOTO/VİDEO)

Siyasət Materials 10 İyul 2019 09:51 (UTC +04:00)
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində işçi görüşü keçirilir
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində işçi görüşü keçirilir (FOTO/VİDEO)

Bakı. Trend:

NATO-nun Tərəfdaşlıq İdarəsinin təşkilatçılığı ilə Bakıda Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy proqramı (ƏİK) çərçivəsində Azərbaycan Respublikasında ƏİK Məlumatlar Bazası proqram təminatının yenilənməsi üzrə işçi görüşü keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirin əsas məqsədi ƏİK Qüvvələr Birliyinə bəyan edilmiş bölmələrin qiymətləndirilməsində istifadə olunan ƏİK Məlumat bazası proqram təminatının yenilənməsi və təkmilləşdirilməsi üzrə yeni təkliflərin müzakirə olunmasıdır.

İyulun 11-dək davam edəcək tədbirdə 7 NATO və 6 tərəfdaş ölkə olmaqla 13 ölkədən 21 nümayəndə iştirak edir.

Qeyd edək ki, Azərbaycan 2004-cü ildən ƏİK proqramına qoşulub. Ölkəmiz hazırda ƏİK Ortaq Qüvvələr Birliyinə bir tabor, bir kəşfiyyat bölüyü, HHQ-nin Mİ-17 helikopter cütlüyü və HDQ-nin Göyərtə Qrupunu bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti