...

Dövlət Xidmətlərinin Elektron Reyestrinə yeni məlumatlar daxil edilir

Siyasət Materials 8 Avqust 2019 11:43 (UTC +04:00)
Nazirlər Kabineti “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edib.
Dövlət Xidmətlərinin Elektron Reyestrinə yeni məlumatlar daxil edilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Nazirlər Kabineti “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edib.

Trend-in məlumatına görə, dəyişiklikliyə uyğun olaraq, Elektron Reyestrin yeni bir bölməsi yaradılıb.

Qərarla Reyestrin bölmələrinə “Vahid “G2B” (dövlət-biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi də daxil edilib.

Yeni bölməyə dövlət qurumlarının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlər barədə məlumatlar və verdikləri hüquqmüəyyənedici
sənədlər daxil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti