Bakı. Trend:
Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təliminin növbəti mərhələsində iştirakçılar qərargahların ərazidə açılması və fəaliyyətlərinin təşkili, eləcə də hərbi qərar qəbuletmə prosesinə başlayıblar.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimdə iştirak edən hərbi qulluqçularımız müxtəlif relyefli ərazilərdən keçməklə qarşıya çıxan maneələrin və şərti düşmənin təxribat fəaliyyətlərinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetiriblər.