...

Səfir: Almaniya Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq sazişinin imzalanmasını istəyir

Siyasət Materials 30 Sentyabr 2019 12:52 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Almaniya tez bir zamanda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq sazişinin imzalanmasını istəyir.

Trend-in məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq mətbuat konfransında deyib.

Səfir bildirib ki, bu saziş müxtəlif sahələri, o cümlədən ticarəti əhatə edəcək: “Biz Azərbaycana səfər edən iş adamlarının sayının artmasını istəyirik. Bu saziş Azərbaycana xarici investisiyalar üçün hüquqi baza da yaradacaq”.

Onun sözlərinə görə, 2020-ci ilədək Almaniya BMT Təhlükəsizlik Şurasında sədrlik edəcək: “Biz bu struktur çərçivəsində Azərbaycanla əməkdaşlığımızı genişləndirmək istəyirik”.

Səfir əlavə edib ki, 2020-ci ilin yayında Almaniya Avropa İttifaqında, payızında isə Avropa Şurasında sədrlik edəcək: “Bunlar da Azərbaycan üçün vacib təşkilatlardır. Biz istəyirik ki, Azərbaycan Aİ strukturları ilə daha da yaxınlaşsın və sıx əməkdaşlıq etsin. Söhbət ikitərəfli münasibətlərin inkişafından gedir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti