...

Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 11 Oktyabr 2019 14:34 (UTC +04:00)
Oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.
Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Oktyabrın 11-də Aşqabadda məhdud tərkibdə iclas başa çatandan sonra MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.

Bu barədə Trend-ə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedevə Türkmənistanın “Bitərəflik” ordenini təqdim etdi.

Azərbaycanın Rusiyadakı səfiri, MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşıq üzrə Hökumətlərarası Fondunun idarə heyətinin sədri Polad Bülbüloğlu Fondun “Humanitar əməkdaşlığın inkişafında xidmətlərinə görə” medalını Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim etdi.

İclasda bir sıra sənədlər, o cümlədən “Strateji iqtisadi əməkdaşlıq haqqında” bəyannamə imzalandı.

x x x

Daha sonra Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından nümayəndə heyətləri başçılarının şərəfinə rəsmi qəbul təşkil olundu.

Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak etdi.

x x x

Bununla da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti