Almaniya Azərbaycanlıları Alyansının BƏYANATI qanunsuz mühacirlərlə bağlı qaranlıq məqamları açıqladı

Almaniya Azərbaycanlıları Alyansının BƏYANATI qanunsuz mühacirlərlə bağlı qaranlıq məqamları açıqladı

Bakı. Samir Əli - Trend:

Almaniya Azərbaycanlıları Alyansı bir qrup azərbaycanlının deportasiya edilməsi ilə bağlı bəyanat yayıb.

Trend-in məlumatına görə, Alyans bu bəyanatla Almaniya Federativ Respublikasında (AFR) yaşayan soydaşlarımıza müraciət edib:

"Almaniya Azərbaycanlıları Alyansı (AAD) Azərbaycan Respublikasının həm hökumət, həm də qeyri-hökumət qurumları ilə əməkdaşlıq çərçivəsində, eləcə də Almaniyanın müvafiq institutları ilə əlaqəli formada fəaliyyət göstərən Almaniyada rəsmi qeydiyyatdan kecmiş müstəqil qeyri-hökumət təşkilatıdır. AAD təsis edildiyi gündən AFR-də mövcud olan 30-dan çox diaspor təşkilatlarımızın fəaliyyətini koordinasiya etməklə, siyasi, dini və milli mənsubiyyətindən asılı olmayaraq burada məskunlaşmış bütün azərbaycanlılara dəstək olmağa, onların problemlərini öyrənməyə və bu problemlərin həllində köməklik göstərməyə çalışır. Bu çərçivədə istər siyasi, istərsə də digər əsaslarla Almaniyaya mühacirət etmiş həmvətənlərimizə çətin anlarında tərəfimizdən maddi və mənəvi dəstək göstərilmiş, onların qayğıdan kənar qalmamaları üçün əlimizdən gələni əsirgəməmişik. Fəaliyyətimizdə hər zaman Azərbaycançılıq ideyalarını rəhbər tutmağa, vətənimiz Azərbaycanın nüfuzunu Almaniyada və Avropanın digər ölkələrində yüksəklərə qaldırmağa çalışmış, həmçinin hər bir azərbaycanlının bu yöndə birlikdə səy göstərmələrinin önəmli olduğunu təbliğ etmişik".

Bəyanatda qeyd edilir ki, bəzi vətəndaşlarımız müxtəlif işbazlar tərəfindən aldadılır: "Müşahidələrimizə əsasən, son zamanlar müxtəlif yollarla Almaniyaya gələn və ya müxtəlif işbazlar (mühacir alverçiləri) tərəfindən aldadılaraq buraya gətirilən bəzi soydaşlarımız Almaniyada oturum hüququ əldə etmək və deportasiyadan yayınmaq üçün həmin dələduzlar tərəfindən yüksək dozalı dərman preparatları qəbul etməyə, özlərinə kəsici alətlərlə xəsarət yetirməyə və ya digər bu kimi qeyri-insani addımlar atmağa sövq edilirlər. Bütün bunlar aydındır ki, həmin dələduzların mühacirlərdən müxtəlif yollarla oturum üçün aldıqları vəsaitləri geri ödəməmək və qeyri-müəyyən müddətə vaxt qazanmaları üçün edilir. Hər kəs bilməlidir ki, Almaniyada qalmaq üçün bu kimi Azərbaycan vətəndaşına yaraşmayan qeyri-insani addımların AFR-də oturum hüququnun əldə edilməsi prosesinə heç bir faydası yoxdur və bu hallar yolverilməzdir. Almaniya qanunveriçiliyinə əsasən, bu kimi hallar presedent ola bilməz. Özlərinə xəsarət yetirən həmvətənlərin müvafiq tibbi müayinədən sonra dərhal deport edildikləri müşahidə olunur. Ümid edirik ki, Almaniya və Azərbaycan hüquq-mühafizə orqanları həmvətənlərimizi bu hərəkətlərə sövq edən cinayətkarların layiqli cəza almalarını təmin edəcək.

Bunlarla yanaşı, həmin mühacir alverçiləri tərəfindən Almaniyaya qeyri-leqal yollarla gətirilən azərbaycanlıların oturum almaq üçün qeyri-peşəkar siyasi fəaliyyətə də cəlb edildikləri müşahidə edilməkdədir. Bu şəxslər aldadaraq gətirdikləri həmvətənlərimizi özlərinin Almaniyada təsis etdikləri siyasi təşkilatlara üzv etməklə, onları heç bir hüquqi statusu olmayan üzvlük vəsiqələri, saxta sənədlər və "dəstək" məktubları ilə təmin edir, vətəndaşlarımıza bu sənədlərlə Almaniyada oturum ala biləcəklərinə dair yalan informasiya verirlər. Eyni zamanda, həmin şəxslər həmvətənlərimizi özlərinin Azərbaycan dövlətinə qarşı təşkil etdikləri etiraz aksiyalarında iştirak etməyə səsləyir, həmin aksiyalarda çəkilən fotoşəkillərin guya oturum alınması prosesinə töhfə verdiyini bildirirlər.

Nəzərinizə çatdırırıq ki, Almaniya tərəfinin artıq bu kimi aksiyalarda, xüsusən Azərbaycan səfirliklərinin qarşısında təşkil edilən siyasi motivli aksiyalarda iştirak edən soydaşlarımızın oturum işlərinə mənfi cavab verdiyi müşahidə edilir. Almaniyanın Miqrantlar və Qaçqınlar üzrə Federal Agentliyinin (BAMF) mühacirlərimizin işləri ilə bağlı verdiyi qərarlarda qeyd olunan məqamlar söylədiklərimizin əyani sübutudur. Sosial şəbəkələrdə də bu məqamlarla bağlı xeyli informasiyaya rast gələ bilərsiniz.

Əziz azərbaycanlılar!

Bu məlumatları Sizlərin diqqətinə çatdırmağı özümüzə borc bilirik və Sizlərdən özünüzü bu kimi dələduzlardan uzaq durmağa, onların qanunsuz "biznes"lərinin qurbanlarına çevrilməməyə səsləyirik. Dünən Almaniyada həbs olunan azərbaycanlı mühacir alverçilərinin taleyi də söylədiklərimizə bariz nümunədir və bu hər bir mühacir soydaşımız üçün dərs olmalıdır.

Almaniyada və Avropada oturum almağın yeganə yolu yerli cəmiyyətlərə inteqrasiya olunmaqdan keçir. Yaxın gələcəkdə Almaniya Azərbaycanlıları Alyansı olaraq tərəfimizdən təmənnasız qaydada vətəndaşlarımız üçün maarifləndirici tədbirlər təşkil ediləcək".

COVİD-19 xəstələrinin evdə müalicə edilməsi ilə bağlı qərarın verilməsinə BU AMİLLƏR də təsir göstərir
COVİD-19 xəstələrinin evdə müalicə edilməsi ilə bağlı qərarın verilməsinə BU AMİLLƏR də təsir göstərir
Rusiyalı mütəxəssislər Mərkəzi Gömrük Hospitalının fəaliyyəti barədə xoş fikirlər səsləndiriblər (FOTO)
Rusiyalı mütəxəssislər Mərkəzi Gömrük Hospitalının fəaliyyəti barədə xoş fikirlər səsləndiriblər (FOTO)
Baş Prokurorluq əsgər ölümü ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
Baş Prokurorluq əsgər ölümü ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
Loading Bars
Xəbər lenti
BNA avtobuslarda sərnişin sıxlığına aydınlıq gətirdi
COVİD-19 xəstələrinin evdə müalicə edilməsi ilə bağlı qərarın verilməsinə BU AMİLLƏR də təsir göstərir
Yeni nəsil kombaynlar Siyəzən, Xızı və Qusarın dağlıq və dağətəyi zonalarında biçinə başlayıb (FOTO)
Siyəzəndə maskadan istifadə etməyən, icazəsiz yaşayış yerini tərk edənlər cərimələnib (FOTO)
Rabitəbankdan Elektron ticarət tariflərinə endirim
Kliniki Tibbi Mərkəzin daha bir həkimi koronavirusa yoluxdu
Çempionlar Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb
Maştağadakı tarixi hamamın təmizlənməsi işlərinə başlanılıb (FOTO)
BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası çağırılacaq
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Niyə əmanətlərinizi bankdan götürməməlisiniz? Yelo Bankın sədri izah edir
Rusiyalı mütəxəssislər Mərkəzi Gömrük Hospitalının fəaliyyəti barədə xoş fikirlər səsləndiriblər (FOTO)
Baş Prokurorluq əsgər ölümü ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
Azər Türk Bankdan fərdi sahibkarlar üçün sərfəli kredit kartı
Şirvan şəhərində 68 mənzilli yaşayış binası şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verildi (FOTO)
164 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirildi, 93 müəssisədə qayda pozuntusu aşkarlandı (FOTO)
Rezidenturaya qəbul olmaq istəyənlər üçün yenidən sənəd qəbulu başladı
PAŞA Bank uşaqları antiseptik vasitələrlə təmin etmək məqsədi ilə keçirilən sosial layihəyə dəstək verdi
Dövlət 1,5 milyard manat kredit portfelinə subsidiya və zəmanət verəcək - Vüsal Qasımlı
Azərbaycanda pandemiya dövründə bu sahələrdə maaş daha yüksək olub
Türkiyədə ictimai məkanlarda koronavirusa görə nəzarət tədbirləri gücləndirilib
Sabah Bakıda yağış, külək gözlənilir
Rusiyada koronavirusdan ölənlərin sayı 11 mini keçdi
Pambıq əkinlərində suvarma problemləri və həlli yolları müzakirə olunub (FOTO)
Azərbaycan nefti ucuzlaşır
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində nöqsanlar aşkarlanıb, 109,2 min manat dövlət büdcəsinə bərpa edilib
Böyük Şor gölünün çirkli maddələrdən təmizlənməsi davam etdirilir (FOTO)
İnsanların restoranlara, iş yerlərinə QR kod vasitəsilə buraxılması təklif olunur - “E-Təbib”
Çində daşqınlar 30 milyondan çox insana ziyan vurub
Azərbaycan koronavirusla mübarizə aparır, amma radikalların müalicəsi yoxdur - "Politşou" təqdim edir (Videolayihə)
"AHK Azərbaycan"ın ilk onlayn AHK impuls tədbiri turizm sahəsinə həsr olunub
Nərimanov rayon prokuroruna yeni müavin təyin olundu
BMT: COVİD-19-un qida məhsullarından qaynaqlanması barədə elmi məlumat aşkarlanmasa da, gigiyena qaydalarına diqqət etməliyik
İlahiyyat İnstitutunda yay imtahan sessiyası sona çatıb (FOTO)
AZAL sərnişinlərə müraciət edib
Baş Prokurorluq korrupsiya hüquqpozmalarına qarşı mübarizədə beynəlxalq əməkdaşlığı davam etdirir
Bəzi ölkələr karantin rejimini uzatmaqda davam edir
Bakının Suraxanı rayonuna yeni prokuror müavini təyin olundu
AQTA Ağstafada bəzi müəssisələrlə bağlı pozuntu halları aşkarlayıb (FOTO)
16 şəhər və rayon üzrə 190 manatın verilməsi başa çatıb
Zaqatalada oğurluq edib, sonra evi yandıran şəxslər saxlanılıb (FOTO)
Xüsusi karantin zonalarından Daşkəsən rayonuna gələn şəxslər cərimələnib (FOTO)
Mərkəzi Netçilər Xəstəxanasının direktoru: Koronavirusa yoluxan həkim Elnur Abdullanın müalicəsi ilə bağlı məsələlər dövlətin nəzarətindədir
Murat Lekompte: Qlobal iqtisadi və sosial böhranlar TANAP-ın kommersiya fəaliyyətində hər hansı bir ləngiməyə səbəb olmayıb (MÜSAHİBƏ)
Azərbaycan-Meksika parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub (FOTO)
Testiniz neqativ çıxarsa, qan analizi verin - Həkimdən tövsiyə
Pərvin Kərimzadə: Bu günkü reallıqlar işğalçı Ermənistanın faşist niyyətini təsdiq edir
Bu ilin I yarısında Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 3853 müraciətə baxılıb
Ermənistanda son sutkada 557 nəfər koronavirusa yoluxub
Yelo Bank yeni baş ofisin sığortalanması üzrə tender elan edir
"KATV1" internetlə bağlı yaranan problemə aydınlıq gətirib
Yaponiyada kompüter koronavirusa qarşı potensial dərmanlar aşkar edib
595 nəqliyyat vasitəsinin icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb
Könül Nurullayeva: BMT rəhbərliyi Azərbaycanın təşəbbüsünü “COVİD-19”la mübarizədə vahid yanaşmanın tətbiqinə töhfə kimi dəyərləndirir
Mərkəzi Gömrük Hospitalı COVİD-19 xəstələri üçün həkim vakansiyaları elan edib
Avtomobil bazarında ən çox satılan avtomobillərə indi maraq yoxdur - Ekspert
COVİD-19 virusuna yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatı açıqlandı
Tramp ilk dəfə ictimai məkanda maska taxacaq
Sumqayıtda qadın bacısının əri tərəfindən bıçaqlandı
Bakıda qadını qarət edən şəxs yaxalandı
Bakıda yük maşınının altında qalıb ölən şəxsin kimliyi müəyyənləşdi
Azərbaycanda ən çox iş yerini dəyişən müəllimlər Bu ŞƏHƏR üzrə olub
Atəşkəs 69 dəfə pozulub
İtaliya ordusunda korrupsiya əməliyyatı - 30-dan çox şəxs saxlanılıb
Şirvan sakini qonşusunu küçədə qətlə yetirdi
Bakıda karantin postları yenidən qurulub
Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır
Deputat: Azərbaycan pandemiyanın iqtisadi təsirlərini minimumlaşdıra bilən ölkələrdəndir
Sinqapurda ümumi parlament seçkiləri başlayıb
Sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda qəbul imtahanları keçirilir
Boliviyanın müvəqqəti prezidenti koronavirusa yoluxub
Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu keçib
Meksikada sutkada rekord sayda koronavirusa yoluxma faktı qeydə alınıb
Tehranın qərbində partlayış səsləri eşidilib
Moskvada koronavirusdan daha 28 nəfər ölüb
Türkiyə sahillərində 30-a yaxın miqrant xilas edildi
ABŞ Çinin dörd vətəndaşına və bir təşkilatına sanksiya tətbiq edib
Salyanda yanğın baş verib
Xalq artisti Canəli Ələkbərovun oğlu vəfat edib
Zərdabda Kürdə batan 3 nəfərdən birinin meyiti tapılıb (ƏLAVƏ OLUNUB)
AZAL Kiyevdən çarter reysi yerinə yetirib (FOTO)
Dünya ölkələri COVID-19-la mübarizədə yeganə çıxış yolunu məhdudiyyətlərin yenidən sərtləşdirilməsində görürlər
Rusiya pandemiya ilə mübarizədə kömək etmək üçün Azərbaycana mütəxəssislər göndərməyi planlaşdırır
Futbol üzrə avrokubokların 1/8 final mərhələsinin oyunları tamaşaçısız keçiriləcək
Pandemiyadan zərər çəkən sahibkarların kreditlərinə dövlət dəstəyi müəyyənləşdirilib
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Milli Mətbuatımızın dünəni mediamızın bu günü və gələcəyi üçün örnəkdir
Türkiyədə koronavirusdan sağalanların sayı 190 min nəfəri ötüb
6050 obyektdə sanitar-epidemioloji tələblər pozulub - Nazirlik
“Sabahın Sahibkarları”na Ziraat Bank dəstəyi davam edir (FOTO)
"Tesla" şirkəti tam avtomatlaşdırılmış avtomobil istehsal edəcək
Qazaxda tank əleyhinə raket tapılıb (FOTO)
Qoşulmama Hərəkatının COVİD-19 pandemiyasına qarşı mübarizə üzrə İşçi Qrupunun ilk onlayn görüşü keçirilib
Büdcədən maliyyələşən istehlakçıların elektrik və qaz təchizatı şəbəkələrində 431 sayda araşdırma aparılıb
Böyük Şor gölünün 50 faizi çirkabdan təmizlənib (VİDEO)
Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxdu, 491 nəfər sağaldı, 10 nəfər öldü
İranda koronavirusla bağlı rekord qeydə alındı: Daha 221 nəfər öldü
Sabunçuda 4 otaqlı ev yanıb
Rusiya XİN: Biz əminik ki, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası konstruktiv yöndə keçəcək
Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlanıb
Bütün xəbərlər