...

Əli İnsanovun yanında yer alan İsfəndiyar Vahabzadə Moldovada Azərbaycanın qonaq evini özünün eyş-işrət yerinə çeviribmiş

Siyasət Materials 25 Noyabr 2019 13:42 (UTC +04:00)
Dövlət büdcəsi hesabına Moldovada Azərbaycanın qonaq evini özünün şəxsi eyş-işrət, əyləncə yerinə döndərib, hovuz, sauna tikdiribmiş..
Əli İnsanovun yanında yer alan İsfəndiyar Vahabzadə Moldovada Azərbaycanın qonaq evini özünün eyş-işrət yerinə çeviribmiş

Bakı. Alpər M. Trend:

Öz əqidəsinə dönük çıxan, liderinə, komandasına xəyanət edən Əli İnsanova qoşulub, HƏP-çi olan İsfəndiyar Vahabzadənin Moldovada səfir olduğu dönəmdə hansı hoqqalardan çıxdığını 2017-ci ildə Kişinyovda səfərdə olarkən öyrənəndə şoka girmişdim.

Trend-in məlumatına görə, bunu jurnalist Elşad Məmmədli deyib.

Jurnalist bildirib ki, adama sadəcə atası Bəxtiyar Vahabzadəyə görə hörmət edib tutmayıblar. Təkcə onu demək kifayətdir ki, dövlət büdcəsi hesabına Moldovada Azərbaycanın qonaq evini özünün şəxsi eyş-işrət, əyləncə yerinə döndərib, hovuz, sauna tikdiribmiş...

"İndi başını çomağa sürtür. Hikkəsi də odur ki, niyə büdcəni "diplomatik xərclər" adı ilə talamaq üçün növbəti dəfə ona vəzifə vermirlər - deyə, E.Məmmədli əlavə edib.

Qeyd edək ki, vaxtilə ciddi korrupsiya əməllərinə görə həbs edilmiş Əli İnsanov noyabrın 24-də siyasi həmfikirlərilə birlikdə toplantı keçirib və yaratmaq istədikləri Haqq Ədalət Partiyasının təşkilat komitəsi barədə müzakirə aparıblar. Təşkilat komitəsinin üzvləri sırasında əvvəllər səfir vəzifəsində çalışmış İsfəndiyar Vahabzadə də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti