...

Əli İnsanov yaratmaq istədiyi HƏP-lə yenidən gülüş obyektinə çevrildi (FOTO)

Siyasət Materials 25 Noyabr 2019 17:23 (UTC +04:00)
Korrupsioner Əli İnsanov və cox məhdud ətrafı noyabrın 24-də siyasi həmfikirlərilə birlikdə toplantı keçirib və yaratmaq istədikləri Haqq Ədalət Partiyasının (HƏP) təşkilat komitəsi barədə müzakirə aparıblar.
Əli İnsanov yaratmaq istədiyi HƏP-lə yenidən gülüş obyektinə çevrildi (FOTO)

Bakı. Alpər M. Trend:

Korrupsioner Əli İnsanov və çox məhdud ətrafı noyabrın 24-də siyasi həmfikirlərilə birlikdə toplantı keçirib və yaratmaq istədikləri Haqq Ədalət Partiyasının (HƏP) təşkilat komitəsi barədə müzakirə aparıblar.

Bu xəbər mediada yayılar-yayılmaz, ictimaiyyət nümayəndələri, xüsusən də jurnalistlər tərəfindən ciddi lağ obyektinə çevrildi. Belə ki, onlar "Facebook" profilləri üzərindən Əli İnsanovu və onun yaratmaq istədiyi HƏP-i gülüş hədəfinə çevirdilər.

Statusların bəzilərini təqdim edirik:

Jurnalist, "Yeni Müsavat" qəzetinin əməkdaşı Elşad Məmmədli yazıb: "Faşizm qalığı Əli İnsanov partiya yaradıb. Adını da HƏP qoyub. Olublar həp-çi. Asqırıblar haqq-ədalətin içinə... Adam korrupsiya, ədalətsizlik, haqsızlıq simvoludur, partiyasına qoyduğu ada bax...".

Siyasətçi, Müsavat Partiyasının funksioneri Yadigar Sadıqlı isə belə deyib: "Bir partiya yaradıb ad qoyanda onun üzvünün necə təqdim olunacağını düşünmək lazımdır. Ya sadə halda, ya abreviatura ilə. Əli İnsanov Haqq Ədalət Partiyası yaradıb. Üzvləri necə adlanacaq: haqq-ədalətçi, yoxsa həpçi?".

AzNews.az informasiya portalının baş redaktoru Taleh Şahsuvarov da "HƏP dütdülü!!!" deməklə məsələyə ironik münasibət bildirib.

Hüquq müdafiəçisi Sahib Məmmədov isə korrupsioner Əli İnsanovun vaxtilə səhiyyə naziri olmasını nəzərdə tutaraq "Haqq verib sağlamlığımızı ala bilmədik, haqq verib ədalət ala biləcəyikmi?" deyə, sual edib.

Jurnalist Azər Niftiyev də Əli İnsanovun şəklini paylaşaraq məsələyə kəskin reaksiya verib. O qeyd edib: "Nə qədər abırsız adam olasan ki, "can alıb", "qan sovurub", haqq-ədalət adında partiya yaradasan. Ad seçimin göstərir ki, səndən insan (ov) olmayıb və olmayacaq da".

Digər paylaşımları da təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti