...

Baş prokurorun müavini Qobustan və Şamaxı sakinlərinin qəbulunu keçirəcək

Siyasət Materials 28 Noyabr 2019 16:59 (UTC +04:00)
Namiq Əsgərov dekabrın 6-da saat 10:00-da Qobustan rayon prokurorluğunun inzibati binasında Qobustan və Şamaxı rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş prokurorun müavini Qobustan və Şamaxı sakinlərinin qəbulunu keçirəcək

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun müavini Namiq Əsgərov dekabrın 6-da saat 10:00-da Qobustan rayon prokurorluğunun inzibati binasında Qobustan və Şamaxı rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qobustan rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti