Bakı. Elçin Mehdiyev- Trend:
ABŞ Prezidenti Donald Tramp İranın Amerikanın İraqda yerləşən “Əl-Əsəd” hərbi bazasını bombalaması ilə bağlı ilkin bəyanat verib.
Trend-in məlumatına görə, D.Tramp öz “Twitter” səhifəsində bildirib ki, hazırda tələfat və zərərin qiymətləndirilməsi aparılır:
“İran tərəfi İraqda yerləşən iki hərbi bazaya raketlərlə atəş açıb. Hazırda tələfat və zərərin qiymətləndirilməsi aparılır. Hələki hər şey yaxşıdır. Biz dünyanın hər yerində ən güclü və yaxşı təchiz olunmuş orduya malikik”.
ABŞ lideri qeyd edib ki, məsələ ilə bağlı daha geniş bəyanat verəcək.