...

Albaniya ATƏT-ə sədrliyi müddətində Qarabağ münaqişəsinin həlli üzrə səylərini davam etdirəcək

Siyasət Materials 9 Yanvar 2020 16:55 (UTC +04:00)
Albaniya ATƏT-in sədri qismində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində təşkilatın iştirakını möhkəmləndirməyə davam edəcək.
Albaniya ATƏT-ə sədrliyi müddətində Qarabağ münaqişəsinin həlli üzrə səylərini davam etdirəcək

Bakı. Ləman Zeynalova - Trend:

Albaniya ATƏT-in sədri qismində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində təşkilatın iştirakını möhkəmləndirməyə davam edəcək.

Trend-in məlumatına görə, bunu Albaniyanın Baş Naziri və Xarici İşlər naziri, ATƏT-in hazırkı sədri Edi Rama deyib.

O bildirib ki, gərginliyin qarşısının alınması üçün tədbirlərə xüsusi diqqət ayrılacaq:

“Biz, ATƏT-in sədri qismində münaqişələrin nizamlanmasında təşkilatın iştirakını Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun həmsədrləri, Cenevrə müzakirələri və digər mexanizmlər vasitəsilə möhkəmləndirməyə davam edəcəyik. Bu, həmçinin Dnestryanı münaqişəsinə aiddir. Biz gərginliyin qarşısının alınması və münaqişələrdən zərər çəkənlərin həyat şəraitinin yaxşılaşdırılması üçün tədbirlərə xüsusi diqqət ayıracağıq. Albaniya ATƏT-in sədri qismində sülh səylərinin təşviqi üçün zəruri siyasi məkanın yaradılmasına çalışacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti