...

Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Elnur Allahverdiyevin seçicilərlə görüşləri davam edir (FOTO)

Siyasət Materials 29 Yanvar 2020 18:05 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyev partiyanın rayon təşkilatının binasında yerli ağsaqqallarla görüşüb.
Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Elnur Allahverdiyevin seçicilərlə görüşləri davam edir (FOTO)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyasının 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyev partiyanın rayon təşkilatının binasında yerli ağsaqqallarla görüşüb.

Trend-in məlumatına görə, E.Allahverdiyev barədə görüş iştirakçılarına məlumat verən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirib ki, partiyanın Milli Məclisə seçkilərdə irəli sürdüyü siyahıda 125 namizəd var və onlardan biri də E.Allahverdiyevdir: “Bu, çox böyük etimaddır. Partiyanın 800 min üzvü var, bu üzvlərdən cəmi 125 nəfərinə belə etimad göstərilib ki, onlardan biri də E.Allahverdiyevdir. 800 minlik partiya sizin arxanızdadır!”

Təşviqat kampaniyasına seçicilərlə intensiv təmasla başladıqlarını deyən E.Allahverdiyevin sözlərinə görə, qarşıya qoyulmuş məqsəd maksimum sayda seçici ilə görüşməkdir. Bu səbəbdən çalışır ki, 17 saylı dairənin hüdudularında hər qapını döysün, hər küçədə və evdə olsun. “Partiya sədrinin bizə etdiyi başlıca tövsiyyə insanlarla təmasda olmaq, onlarla əlaqə qurmaq, onları dinləməkdir” – deyə E.Allahverdiyev vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti