...

Deputatlığa namizəd Afət Həsənova seçicilərlə görüşüb (FOTO)

Siyasət Materials 6 Fevral 2020 09:40 (UTC +04:00)
32 saylı Suraxanı Üçüncü seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Afət Həsənova Əmircan qəsəbəsi Hasil Bayramov küçəsində sakinlərlə görüşdü.
Deputatlığa namizəd Afət Həsənova seçicilərlə görüşüb (FOTO)

Bakı. Trend:

32 saylı Suraxanı Üçüncü seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Afət Həsənova Əmircan qəsəbəsi Hasil Bayramov küçəsində sakinlərlə görüşdü.

Trend-in məlumatına əsasən, Yeni Azərbaycan Partiyasının namizədi Afət Həsənova respublikamızın dinamik inkişafını, multukulturalizm və tolerantlıq dəyərlərinin yaşadılmasını, xarici siyasətdə əldə edilən uğurları Ulu Öndər Heydər Əliyev siyasi kursunun əmin əllərdə olmasının nəticəsi kimi dəyərləndirdi.

O, hazırda Azərbaycanda aparılan uğurlu siyasi-hüquqi və sosial-iqtisadi islahatların, beynəlxalq təhlükəsizlik sisteminin formalaşdırılmasında fəal iştirakın və bu istiqamətlərdə düzgün seçilmiş strateji addımların ölkəmizdə sabitliyi, suverenliyi, eləcə də vətəndaşların təhlükəsizliyini təmin etdiyini vurğuladı.

Namizəd Afət Həsənova özü haqqında seçicilərə məlumat verdi, onları seçkilərə fəal iştirak etməyə səslədi. Seçiciləri maraqlandıran sualları cavablandırdı, təklif və problemlərinin qeydiyyatı aparıldı.

Seçicilər 9 fevral Milli Məclisə seçkilərdə 32 saylı Suraxanı üçüncü seçki darəsindən ölkəmizdə sabitliyin və inkişafın qarantı olan Yeni Azərbaycan Partiyasının namizədi Afət Həsənovaya səs verəcəklərini bildirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti