...

86 saylı İsmayıllı seçki dairəsi üzrə səsvermənin gedişini 830 müşahidəçi izləyir (FOTO)

Siyasət Materials 9 Fevral 2020 12:43 (UTC +04:00)
86 saylı İsmayıllı seçki dairəsi 63 məntəqəni əhatə edir. 9 fevral - Milli Məclisə seçkilərə qabaqcadan ciddi hazırlıq işləri aparıldığından ilk saatlardan etibarən bütün məntəqələrdə səsvermə mütəşəkkil keçir.
86 saylı İsmayıllı seçki dairəsi üzrə səsvermənin gedişini 830 müşahidəçi izləyir (FOTO)

Bakı. Trend:

86 saylı İsmayıllı seçki dairəsi 63 məntəqəni əhatə edir. 9 fevral - Milli Məclisə seçkilərə qabaqcadan ciddi hazırlıq işləri aparıldığından ilk saatlardan etibarən bütün məntəqələrdə səsvermə mütəşəkkil keçir.

Trend-in məlumatına görə, dairənin sədri Əlirəmzi Məhərrəmov bildirib ki, səsvermədə dəqiqləşdirilmiş siyahıya görə 41 min 648 nəfər vətəndaş iştirak etməlidir. Əvvəlki seçkilərdən fərqli olaraq namizədlər arasında qadınlar və gənclərin sayı xeyli artıb. Onlar 9 namizəddən istədiklərinə səs verirlər.

Seçkilərin Seçki Məcəlləsinə uyğun azad və demokratik keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Səsvermənin gedişini 830 müşahidəçi izləyir. 10 məntəqədə “exit-poll” keçirilir.

Seçicilər səsvermə üçün yaradılan şəraitdən razılıq edirlər. İsmayıllı şəhər sakini 58 yaşlı Qəmbərov Xanlar Məhərrəm oğlu deyib: “Sərbəst və azad səs verməyimiz üçün hər cür şərait yaradılıb. Biz seçicilər də Milli Məclisə seçkilərin mühüm mərhələsi olan səsvermənin məsuliyyətini yaxşı başa düşürük”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti