Elmar Məmmədyarov: Ermənistanın işğalı nüvə qaçaqmalçılığı və nüvə terrorizmi üçün əlverişli şərait yaradır

Elmar Məmmədyarov: Ermənistanın işğalı nüvə qaçaqmalçılığı və nüvə terrorizmi üçün əlverişli şərait yaradır

Bakı. Trend:

Ərazimizin iyirmi faizinin Ermənistan tərəfindən işğalının davam etməsi səbəbindən sərhədlərimizin əhəmiyyətli bir hissəsi boyunca lazımi nəzarəti təmin edə bilmirik. Bu vəziyyət qanunsuz fəaliyyət, o cümlədən nüvə qaçaqmalçılığı və nüvə terrorizmi üçün əlverişli şərait yaradır.

Trend-in məlumatına görə, bunu Xarici işlər naziri Elmar Məmmədyarov “Nüvə Təhlükəsizliyinə dair Beynəlxalq Konfrans: səylərin davam etdirilməsi və gücləndirilməsi” konfransında çıxışı zamanı deyib.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan nüvə təhlükəsizliyi sahəsində davam edən tendensiyaları yaxından izləyir.

"Biz mövcud nüvə təhlükəsizliyi təşəbbüslərini dəstəkləyirik və bu sahədə beynəlxalq çoxtərəfli mexanizmlərə xüsusi diqqət yetiririk. Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NSYM) nüvə silahsızlaşdırılması, yayılmama və nüvə enerjisindən dinc məqsədlərlə istifadə üçün qlobal rejimin dayağıdır. Nüvə təhlükəsizliyi, xüsusən nüvə silahlarının yayılması ilə bağlı beynəlxalq ictimaiyyətin narahatlığını bölüşən Azərbaycan, müstəqilliyini əldə etdikdən sonra NSYM-ni ratifikasiya edib və 1995-ci ildə Müqavilənin müddətsiz uzadılmasını dəstəklədi.

Biz mövcud və meydana çıxan nüvə təhlükəsizliyi təhdidlərindən narahatıq və onları həll etməyə sadiqik. Mövcud təhlükəsizlik mühitində nüvə və ya digər radioaktiv materialdan zərərli məqsədlər üçün istifadə edilməsi istisna edilmir. Bu təhdidin qlobal mahiyyəti bütün dövlətlərdən razılaşdırılmış hərəkət tələb edir. NSYM çərçivəsində təminatlar haqqında sazişlərə əməl olunmaması, yayılmamaq rejiminin davamlılığına və üzv dövlətlərin təhlükəsizliyinə təhdid təşkil edir. Bu baxımdan AEBA təminatları beynəlxalq sülhə və təhlükəsizliyə misilsiz töhfədir.

BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnamələrinə uyğun olaraq, Agentliyin yoxlama və monitorinq fəaliyyətini alqışlayırıq. Biz çoxtərəfli danışıqların və diplomatiyanın uğurunu əks etdirən Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) əhəmiyyətini vurğulayırıq; burada etiraf olunur ki, BHFP-nin müvəffəqiyyətlə həyata keçirilməsi, bütün tərəflərin BHFP-də nəzərdə tutulan üstünlüklərdən tam istifadə etmələri üçün öhdəliklərin tam yerinə yetirilməsini tələb edir.

Beynəlxalq əməkdaşlıq həmişə nüvə təhlükəsizliyi sahəsində səylərimizin mərkəzində olmuşdur. İnanırıq ki, bu sahədə əldə olunan irəliləyiş sülhü və təhlükəsizliyi möhkəmləndirir və etimadı artırır. Bu sahədə fəaliyyətlərimiz həmişə məqsədyönlü olmuşdur və qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda aparılmışdır.

Biz nüvə təhlükəsizliyi qaydaları və standartlarının hazırlanmasında AEBA-nın əsas rolunu tanıyırıq və qiymətləndiririk. Azərbaycan Agentlik ilə nüvə təhlükəsizliyinin müxtəlif aspektləri üzrə uğurlu əməkdaşlığı inkişaf etdirib. Biz mövcud səmərəli əməkdaşlığı dərinləşdirməyə hazırıq. Azərbaycan AEBA-nın İnsidentlər və Qeyri-qanuni Dövriyyə üzrə Məlumat Bazasına töhfə verməklə qanunsuz dövriyyə ilə bağlı beynəlxalq məlumat mübadiləsində iştirak edir.

AEBA-nın Texniki Əməkdaşlıq Proqramı çərçivəsində 2015-ci ildə Azərbaycan Respublikası və AEBA 2015-2020-ci illər üçün Ölkə Proqramının Çərçivə sənədini imzaladılar və o, normativ hüquqi infrastrukturun təkmilləşdirilməsi, radiasiya təhlükəsizliyi potensialı, nüvə materiallarının təhlükəsizliyi, radioaktiv tullantıların idarə olunması, həmçinin sərhəd və gömrük buraxılış məntəqələrinin radiasiya monitorinqi və nəzarəti sahələrində milli layihələrin əsasını təşkil edir.

Azərbaycan, həmçinin BMT-nin nüvə təhlükəsizliyinin gücləndirilməsi səylərini alqışlayır. Bu baxımdan Təhlükəsizlik Şurasının 1540 saylı qətnaməsinin və sonrakı qətnamələrinin tam şəkildə yerinə yetirilməsinin təmin edilməsi nüvə, kimyəvi və bioloji silahların, eləcə də onların çatdırılma vasitələrinin yayılmasının qarşısının alınmasında mühüm rol oynayır.

Azərbaycan Nüvə Terrorizmi ilə Mübarizə üzrə Qlobal Təşəbbüsün (NTMQT) tərəfdaş ölkəsi olandan bəri ölkənin nümayəndələri və milli ekspertləri NTMQT tədbirlərində və tematik təlimlərdə fəal iştirak edirlər. Bu forumlar Azərbaycanın nüvə təhlükəsizliyi sahəsində beynəlxalq öhdəliklərini yerinə yetirməsi çərçivəsində həyata keçirdiyi tədbirləri haqqında məlumat mübadiləsini aparmağa bir fürsət yaratdı. Bundan əlavə, tərəfdaş ölkələrimizlə qanunsuz dövriyyəyə qarşı mübarizə, yayılmama və normativ hüquqi bazanın gücləndirilməsi sahəsində ikitərəfli əməkdaşlığı davam etdiririk.

Nüvə təhlükəsizliyi nüvə texnologiyalarının idarə edilməsində və nüvə və ya digər radioaktiv materialların istifadəsi və ya daşınması mümkün olduğu hallarında fundamental əhəmiyyət kəsb edir. Bununla əlaqədar, Azərbaycanda bu cür materialların qorunması və nəzarətini gücləndirmək və nüvə təhlükəsizliyi hadisələrinə effektiv reaksiya vermək üçün lazımi işlər görülür. Müvafiq tənzimləmə orqanlarının yaradılması, qanunvericilik və qaydaların təkmilləşdirilməsi və inkişafı, nəzarətə pilləli yanaşmanın tətbiqi, habelə müxtəlif beynəlxalq layihələrdə iştirak və beynəlxalq əməkdaşlığın inkişafı mövcud infrastrukturun inkişafına əvəzsiz töhfə verir.

Radiasiya təhlükəsizliyinə nəzarət haqqında qanunvericilik üzərində işimizi davam etdiririk. Artıq Azərbaycan nüvə və radiasiya tullantılarının ölkəyə gətirilməsini qəti qadağan edən normativ akt və qaydaları qəbul edib. AEBA-nın köməyi ilə nüvə və radioaktiv materialların qeydiyyatı və nəzarəti ilə bağlı Azərbaycanın qanunları və digər qanunvericilik aktları beynəlxalq standartlara uyğunlaşdırılır.

Azərbaycan Nüvə Terrorizmi Aktlarına Qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiyaya və Nüvə Materialının Fiziki Mühafizəsi Konvensiyasına (NMFMK) qoşulmuş və bu Konvensiyaya Düzəlişi təsdiq etmişdir.

Azərbaycan nüvə təhlükəsizliyinin qorunmasına və daha da gücləndirilməsinə böyük əhəmiyyət verir. Xüsusilə, bölgədəki radikal ekstremizm və terrorizm təhlükəsi qarşısında və coğrafi vəziyyətimizə görə, ərazimizin qanunsuz nüvə ticarəti üçün tranzit marşrutu kimi istifadə edilməsinin qarşısının alınmasına böyük əhəmiyyət veririk.

Beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq şəraitində beynəlxalq standartlara uyğun möhkəm qanunvericilik bazası ilə hərtərəfli milli ixrac nəzarəti sistemini işləyib hazırlamışıq. Ancaq ərazimizin iyirmi faizinin Ermənistan tərəfindən işğalının davam etməsi səbəbindən sərhədlərimizin əhəmiyyətli bir hissəsi boyunca lazımi nəzarəti təmin edə bilmirik. Bu vəziyyət qanunsuz fəaliyyət, o cümlədən nüvə qaçaqmalçılığı və nüvə terrorizmi üçün əlverişli şərait yaradır.

Sonda bir daha vurğulamaq istərdim ki, Azərbaycan beynəlxalq təşkilatlar və tərəfdaşlarımızla regionda və dünyada nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi və nüvə və radioaktiv materialların qanunsuz dövriyyəsi nəticəsində yaranan təhdidlərin azaldılması istiqamətində əməkdaşlığı davam etdirmək əzmindədir və bu məsələdə AEBA-nın əməkdaşlığına və dəstəyinə arxalanır. Dünyanın nüvə təhlükəsizliyinin təşviqində bu konfransın əhəmiyyətini vurğulayaraq, Azərbaycan “Nüvə Təhlükəsizliyi: səylərin davam etdirilməsi və gücləndirilməsi” üzrə Beynəlxalq Konfransın Nazirlər Bəyannaməsini dəstəkləyir".

İspaniya Kuboku: "Atletik" klubu bir ay ərzində ikinci dəfə finalda məğlub olub
İspaniya Kuboku: "Atletik" klubu bir ay ərzində ikinci dəfə finalda məğlub olub
İngiltərə Kuboku: "Çelsi" "Mançester Siti"ni məğlub edərək finalına çıxıb
İngiltərə Kuboku: "Çelsi" "Mançester Siti"ni məğlub edərək finalına çıxıb
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
Loading Bars
Xəbər lenti
İspaniya Kuboku: "Atletik" klubu bir ay ərzində ikinci dəfə finalda məğlub olub
Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub
Türkiyədə son sutkada koronavirusdan 52 184 nəfər sağalıb
İngiltərə Kuboku: "Çelsi" "Mançester Siti"ni məğlub edərək finalına çıxıb
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Özbəkistan ilin sonuna qədər COVID-19-a qarşı öz peyvəndinin istehsalına başlaya bilər
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb
Böyük Britaniyada şahzadə Filipin dəfn mərasimi keçirilib
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb (FOTO)
İran Azərbaycana ticarət attaşesi göndərir
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Toyvo Klaar separatçı ilə görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi - Ukraynalı ekspert
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlandı (FOTO/VİDEO)
BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində – Trend TV-nin REPORTAJI
Rusiyada bir gündə 398 nəfər koronavirusdan ölüb
Bu il 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib
Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)
Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı - Əli Hüseynli
Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi - Məleykə Abbaszadə
Sabah hava küləkli olacaq
YAP İdarə Heyətinin üzvü partiyanın fəal gəncləri ilə görüşüb (FOTO)
Bakıda 28 yaşlı gənci qatar vurub öldürməsi ilə bağlı cinayət işi açılıb
Çində kimya zavodu partlayıb
Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub
Qaradağda top mərmisi tapılıb (FOTO)
Karantini pozan repetitor saxlanılıb
Son üç ayda 17 uşaq övladlığa verilib
Masallıda yas mərasimi dayandırılıb, 7 nəfər cərimələnib (FOTO)
Milli Məclisin sədri beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə çağırıb (VİDEO)
30 il susan Minsk qrupu ermənilərin məğlubiyyətini görəndə Azərbaycana təzyiqə başladı - Komitə sədri
Xırdalanda 6 şəhidin xatirəsinə bulaq kompleksi tikilib (FOTO)
Ötən gün 21 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Alban-Udi dini icmasının üzvləri Tuğ kəndinə səfər ediblər (FOTO)
Qubadlıda ermənilərin qoyub qaçdığı döyüş sursatları aşkar edilib (VİDEO)
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 25 faiz azaldıb
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Evdən antik samovar oğurlayan keçmiş məhkum saxlanılıb (FOTO)
Yeddi koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 2 680 nəfərə düşüb
"AstraZeneca" kifayət qədər yüksək effektə malikdir - Bəzi şirkətlər böyük bir təbliğat oyunu aparır - AÇIQLAMA
Qazaxıstanda son sutkada koronavirusa 2 822 nəfər yoluxub
Azərbaycanda 3,6 bal gücündə zəlzələ olub
İranın uranı 60%-ə qədər zənginləşdirmək qərarı danışıqlara kömək etmir - Bayden
Kolumbiyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
ÜST koronavirusun yayılmasının pik nöqtəyə çatacağı vaxtı proqnozlaşdırırdı
Britaniyada koronavirusa daha 2 596 nəfər yoluxub
Yaponiya Yay Olimpiya oyunlarından imtina etmək niyyətində deyil - Baş nazir
Peyvəndlərə bərabərhüquqlu əlçatanlıq təmin edilməyib - ÜST-nin rəhbəri
Bayden ABŞ-ın qaçqın qəbulu üzrə limitini olduğu kimi saxlayıb
Raul Kastro vəzifəsindən istefa verib
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
"Qarabağ" Şahruddin Məhəmmədəliyevin vəziyyəti ilə bağlı son durumu açıqladı
Türkiyədə son sutkada koronavirusdan 56 510 nəfər sağalıb
Rusiya bir sıra ABŞ rəsmisinin ölkəyə girişinə qadağa qoyub
Dünyada ötən sutka koronavirusa 800 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycan reallıqlarını parlamentarilər səviyyəsində dünyaya çatdırmaq önəmli məsələdir - Arzu Nağıyev (VİDEO)
Gənc batutçularımızdan bu dəfə 1 dəst medal
BMT TŞ Liviyada monitorinq qrupunun yaradılması ilə bağlı qərar qəbul edib
Milli Məclisin Sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib (FOTO)
Qazaxıstanda Su-30SM qırıcısı qəzaya uğrayıb
Gürcüstanda koronavirusa daha 1077 nəfər yoluxub, 8 nəfər ölüb
Azad olunmuş ərazilərdə yaşıllığı bərpa etmək üçün bu ilin əkin planı 2 dəfə artırılıb
Suqovuşanın elektrik enerjisi ilə təchizatı yekunlaşmaq üzrədir
Azad edilmiş kənd ərazilərində vahid şəhərsalma əsaslandırılmasında layihə tapşırığını bu qurum hazırlayacaq - QƏRAR
Azərbaycan təkcə işğalçı orduya deyil, ermənilərin dünyadakı havadarlarına da qalib gəlib - Əli Hüseynli (Videolayihə)
Aİ-nin Azərbaycandakı nümayəndəsi XİN-ə çağırıldı, etiraz bildirildi
10 noyabr bəyanatı regionda sülhün təmin olunmasında mühüm əhəmiyyətə malikdir - Matviyenko
“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Bütün xəbərlər